Digər idman növləri
DÇ-də iştirak etmiş Azərbaycan taekvondoçuları vətənə döndülər

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə taekvondoçular arasında dünya birinciliyində iştirak edən komandamız da Bakıya qayıdıb.
Futbolinfo.az xəbər verir ki, yeniyetmə taekvondoçuları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında federasiya rəsmiləri, məşqçi-müəllimlər və idmançılar qarşılayıblar.
Xatırladaq ki, yığmamızın heyətində Şəms Əlizadə (160 sm) fəxri kürsüyə yüksəlib. Belə ki, taekvondoçumuz mundiala 1/16 finaldan başlayın döyüşdə Serbiya və İngiltərə təmsilçilərinə qalib gələrək yarımfinala vəsiqə qazanmış, finala gedən yolda isə Cənubi Koreya taekvondoçusunu məğlub etmişdi. Şəms finalda Qazaxıstan idmançısı ilə gərgin keçən döyüşdən məğlub ayrılaraq yarışın gümüş medalına sahib olub.

- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”
- Premyer-liqa2023-12-02 20:28
Tovuzda məhsuldar heç-heçə