Dünya futbolu
DÇ-də zədələnən futbolçu əməliyyat olundu, yeni müqavilə imzalayacaq
Fransa millisinin DÇ-2022 çərçivəsində çıxdığı ilk oyunda – Avstraliya ilə matçda (4:1) zədələnən müdafiəçisi Lukas Hernandes əməliyyat olunub.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu İnsbrukda dizindən əməliyyat edilib.
O, bərpa müddətini Münhendə keçirəcək. Lakin yaşıl meydanlara nə zaman dönəcəyi bəlli deyil.
Yeri gəlmişkən, “Bayern” klubu Lukas Hernandesin müqaviləsinin müddətini uzatmağı planlaşdırır. “Bild”in yazdığına görə, tərəflər arasındakı ilkin danışıqlar müsbət yekunlaşıb. Münhen təmsilçisi DÇ-2022 başa çatdıqdan sonra 26 yaşlı müdafiəçi ilə yeni sözləşmə imzalayacaq.
Hernandesin “Bayern”lə hazırkı müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var