Digər idman növləri
DÇ: Dadaşovla Əkbərovanın ilk rəqibi

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında beşinci günün püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, iyunun 2-də baş tutacaq kişi taekvondoçular arasında 54 kq və qadınlar arasında 46 kq-da Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.
21 yaşadək taekvondoçular arasında Avropa çempionu Səyyad Dadaşov (54 kq) mundiala 1/16 finaldan başlayacaq. O, bu mərhələdə Omonjon Otajonov (Özbəkistam) – Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibini gözləyir.
Minayə Əkbərova (46 kq) da debüt görüşünə 1/16 finaldan başlayacaq. İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Ruka Okamoto (Yaponiya) – Sarai Sançes (Puerto-Riko) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.
Dünya çempionatı iyunun 4-də başa çatacaq.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat