Digər idman növləri
DÇ: Yığmamız 1/4 finala yüksəldi

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun sonuncu – 5-ci turunda İsraillə üz-üzə gəlib.
Şəhriyar Məmmədyarovla Qədir Hüseynov qələbə qazanıb. Teymur Rəcəbov məğlub olduğu halda Rauf Məmmədov heç-heçə oynayıb. Yekun hesabda İsrail komandasını 2,5:1,5 hesabı ilə məğlub edən Azərbaycan millisi 7 xalla qrup ikincisi kimi 1/4 finala yüksəlib.
Azərbaycan millisi bu mərhələdə İspaniya kollektivi ilə qarşılaşacaq.
Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib