Kevin de Brüyne Səudiyyə Ərəbistanına köçməyə maraqlı olduğunu etiraf edib.

“Müqaviləmin bitməsinə bir il qalıb, ona görə də nə baş verə biləcəyini düşünməliyəm. Böyük oğlumun 8 yaşı var və İngiltərədən başqa heç nə bilmir. O da “Mançester Siti”də nə qədər oynayacağımı soruşur. Müvafiq məqam olanda qərar verilməli olacaq”, – deyə “şəhərlilər”in yarımmüdafiəçisi bildirib.

De Brüyne Səudiyyə Ərəbistanından bir kluba keçə biləcəyindən də danışıb. “Mişel (De Brüynenin həyat yoldaşı) də ekzotik macəraya hazırdır. Mənim yaşımda hər təklifə açıq olmalısan. Söhbət karyeramın bitməsinə az qalmış əldə edə biləcəyim inanılmaz miqdarda puldan gedir. Bəzən bu barədə düşünmək lazım olur. Orada iki il oynasam, inanılmaz miqdarda pul qazanacağam. Əvvəllər bunun üçün 15 il oynamaq lazım idi”, – deyə iyunun sonunda 33 yaşı tamam olacaq belçikalı futbolçu qeyd edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp