Bizi izləyin

Milli komanda

De Byazi bəlkə düz demir?

blank
blank

Əsəbləşmişik, deyəsən, gözlərimizi qan tutub. Hətta o qədər ki, 44 günlük Vətən savaşında gizləndiyi dəlikdən çıxmayan Vaqif Sadıqov şirə dönüb, hesabat istəyir.

Bu, vətənpərvərlik deyil, vətənşüvənlikdi. Son açıqlamasına görə Canni de Byaziyə yox, onu bəsləyib, bu qədər həddini aşmasına səbəb olanlara əsəbləşmək lazımdı. Vaxtilə “Azərbaycan şahmat ölkəsidi” deyən Berti Foqts kimi de Byazi də ifadələrində xətrimizə dəyən sözlər işlədib. Şərait yaratmışıq, ediblər.

Öncə millimizin italiyalı baş məşqçisinin dediklərinə diqqət edək: “Komandada xarakter problemi var. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya vermək gücündə deyiləm. Vaxtın çox az olması problemdir. Buna baxmayaraq, komandada yeni sistemi sınadıq. Milli komandaların problemləri var, 12 gün ərzində UEFA Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edə biləcək oyunçularım yoxdur, bəzi şeylər bizi təəccübləndirir”.

Açıqlama kəskin reaksiya doğurduğundan AFFA narahat oldu və dərhal Rövnəq Abdullayevin “Report”u vasitəsi ilə məşqçidən təkzib açıqlaması alındı: “Heç vaxt rəhbərlik etdiyim komanda barədə “xaraktersiz” və ya “qorxaq” ifadəsini işlətməmişəm. Bu, mümkün deyil. Ola bilər, hansısa texniki qüsur olub və ya tərcümədə hər hansısa uyğunsuzluq baş verib. Qətiyyətlə deyirəm ki, mənim rəhbərlik etdiyim komandanı “xaraktersiz” və “qorxaq” adlandırmağım mümkün deyil”.

Öncə onu yazım ki, de Byazinin təkzib açıqlamasına inanmıram. İtaliyalı azı 10 dəfə ölkəsində müsahibə verib, ertəsi təkzibə ehtiyac duyub. Sənin dediklərini təhrif edirlərsə, həmin jurnalistə bir daha danışmamalısan və ya təkzib verilməsini tələb/təmin etməlisən. Amma hər dəfə eyni şeylər baş verir, de Byazi demək istədiklərini deyir, reaksiyalardan asılı olaraq ona düzəliş edir. Bunu “Report”da yox, İtaliya mətbuatında etsəydi, inanardım, indiki halda onun ilk açıqlamasının əsl ürək sözləri olduğunu düşünürəm.

Bəli, əsəbləşmişik, de Byazi Azərbaycan futbolunu təhqir edib, hətta milli-mənəvi dəyərlərimizə dil uzadıb. Məni qınaya bilərsiz, amma Canniyə haqq qazandırmaq istəyirəm. Ona görə ki, ona bu ixtiyarı verənlər var.

“Komandada xarakter problemi var. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya vermək gücündə deyiləm”.

Əgər bu açıqlamaya milli komandanın üzvləri cavab vermirsə, susurlarsa, deməli, həqiqətən qorxaqdılar, xaraktersizdilər. De Byazinin iki açıqlaması arasındakı müddətdə yığmanın kapitanları, təcrübəli oyunçuları danışmalı, cavab verməli idi.

Əvəzində AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov danışıb. Halbuki buna məhz onun haqqı yoxdu. Çünki Canni kimi bacarıqsız bir məşqçini millimizə calayan, təkrar qalıb müqaviləsini yeniləməsinə şərait yaradan elə Sadıqovun üzvü olduğu İcraiyyə Komitəsidi.

De Byazi düz deyir – qorxağıq, xaraktersizik. İnanın, “daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən” deyəndə İcraiyyə Komitəsinin üzvlərini, AFFA-ya bağlı veteranları nümunə götürərək deyib. Axı, qorxaq İsgəndər Cavadovu, Kazbek Tuayevi, Vaqif Sadıqovu, Ağasəlim Mircavadovu, Elxan Məmmədova “ağa” deyən məmurları görüb. Bu şəxslər futbolumuzun qaymaqlarıdı, de Byazi gördüyü mənzərənin adını qoyub sadəcə.

De Byazi hətta autsayderlərlə oyunda milli komandanı 6-7 müdafiəçiylə matça çıxarır, kimsəyə hesabat vermir, kimsə izahat istəmir. Belə qorxaq taktikanın ifaçıları elə qorxaqlar sayılmalıdı.

Elxan Məmmədov futbol anlayışı olmadan 14 ildi AFFA-nı idarə edir, at oynadır, dövlət rəhbərliyini aldadır, veteranların, mütəxəssislərin başına corab hörür. Kimsə bu duruma etiraz etmir, futbolumuz uçuruma yuvarlandıqca onun vəzifəsi, səlahiyyəti artır, biznesi çiçəklənir, bağ evlərinin, Şəkidəki koteclərinin sayı çoxalır. Hamı qorxusundan susursa, de Byazi nə deməlidi? O, futbolçuları nəzərdə tutaraq hamımızı qorxaq kimi təqdim edib.

De Byazi ona azərbaycanlı kimi təqdim olunan xorvat Ozobiçi, anqolalı Eddini, rus Alekseyi, braziliyalı Almeydanı, ukraynalı Krivotsyuku, qazaxıstanlı Nazarovu, saysız-hesabsız dağıstanlını görüb. Həmin futbolçular üçün Azərbaycan bayrağı, himni, dövlətin imici, millətin qüruru önəmli deyil. Pulu düşünən bu insanlardan cəsurluq, ayaq topuna baş qoymağı gözləmək ağılsızlıqdı. Canni bu qorxaq yığınını nəzərdə tutursa, düz edir.

Azərbaycanlılar 44 günlük müharibədə kimliyini göstərdi. Amma onlar yalnız döyüşmək üçün lazım olan kəndçi balaları idi. Pul qazanmağın mümkün olduğu işlərdə onlar yox, milliləşdirilənlər, rusqafalı Məmmədov və dəstəsi ön plana çıxır. Ona görə də de Byazi cəsur oğlanları yox, qazancını itirməmək üçün ikiqat olan qorxaqları görür. Aşıq gördüyünü çağırar – de Byazi nə deməliydi?

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-01-26 18:33

“Səbail” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Müsahibə2024-01-26 18:25

“Azərbaycan futbol oynamaq üçün çox yaxşı ölkədir”

blank
Digər idman növləri2024-01-26 18:10

Avtraliyada ikinci finalçı da məlum oldu

blank
Premyer-liqa2024-01-26 17:58

“Evdə uğurlu seriyamızı davam etdirmək istəyirdik” – Ayxan Abbasov

blank
Dünya futbolu2024-01-26 17:44

Yarımfinalın püşkü atıldı

blank
Premyer-liqa2024-01-26 17:34

“İrəlidə daha yaxşı “Səbail” görəcəyik” – Şahin Diniyev

blank
Əvəzedicilər2024-01-26 17:17

Əvəzedicilər Liqasında 23-cü turun proqramı bəlli oldu

blank
Premyer-liqa2024-01-26 16:52

“Turan Tovuz”dan “Səbail” üzərində inamlı qələbə

blank
Əvəzedicilər2024-01-26 16:40

Əvəzedicilərin yarışında 22-ci turun oyun cədvəli açıqlandı

blank
Dünya futbolu2024-01-26 16:21

Qrup mərhələsinin ən yaxşı məşqçisi

blank
Əvəzedicilər2024-01-26 16:00

Şahhüseyni və Şahniyarova 2 oyunluq cəza

blank
Dünya futbolu2024-01-26 15:44

Klopp “Liverpul”dan ayrılır – Rəsmi

blank
Dünya futbolu2024-01-26 15:31

“Mançester Siti”dən “Vest Hem”ə

blank
Ölkə futbolu2024-01-26 15:16

“Qarabağ”a öz gücümüzü göstərməyə çalışacağıq”

blank
Dünya futbolu2024-01-26 15:00

“Şaxtyor” Qomeslə anlaşdı

blank
Dünya futbolu2024-01-26 14:47

“Aston Villa”nın futbolçusu “Napoli”də

blank
Dünya futbolu2024-01-26 14:31

“Qarabağ”ın rəqibində ciddi itki

blank
Ölkə futbolu2024-01-26 14:15

Araz Abdullayev daha bir həmyerlimizi yanına apardı

blank
Dünya futbolu2024-01-26 14:00

Totti “Rayo Valyekano”da

blank
Dünya futbolu2024-01-26 13:45

“Barselona”nın futbolçusu üçün mövüm bitdi

blank
Digər idman növləri2024-01-26 13:31

“Napoli” Sinneri təbrik etdi

blank
Digər idman növləri2024-01-26 13:14

“Baş məşqçinin fərqli təlimatları ilə oyunu çevirməyi bacardıq”

blank
Digər idman növləri2024-01-26 13:00

Meriç qələbəyə inanır: “Sona qədər mübarizə aparacağıq”

blank
Premyer-liqa2024-01-26 12:50

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

blank
Dünya futbolu2024-01-26 12:45

Salah qalmaqalı – Klopp izahat verdi

blank
Digər idman növləri2024-01-26 12:28

“Çalışsaq, çempion olarıq” – Azərbaycan klubunun basketbolçusu

blank
Digər idman növləri2024-01-26 12:10

MBA-da məhsuldar gecə

blank
Dünya futbolu2024-01-26 11:55

Qrup mərhələsinin rəmzi komandası açıqlandı

blank
Digər idman növləri2024-01-26 11:38

“Fənərbağça”dan daha bir qələbə

blank
Digər idman növləri2024-01-26 11:21

Cokoviç erası bitdi

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm