Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində Belçika ilə səfər oyunun iştirak ərizəsi açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, Bəhlul Mustafazadə (“Qarabağ”) və Ramil Şeydayev (“Buriram Yunayted”, Tayland) cəzalı olduqları üçün sözügedən matçı buraxacaqlar. Bundan başqa, Səbuhi Abdullazadə (“Sumqayıt”) və Emil Səfərov (“Qəbələ”) oyunun iştirak ərizəsində yer almayıb.

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Belçika ilə oyun üçün iştirak ərizəsinə aşağıda adları qeyd olunan futbolçuları daxil edib:

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Yusif İmanov, Rəşad Əzizli;

Müdafiəçilər: Amin Seydiyev, Anton Krivotsyuk, Cəlal Hüseynov, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Toral Bayramov, Höccət Haqverdi, Qismət Əliyev, Turan Manafov;

Yarımmüdafiəçilər: Aleksey İsaev, Elvin Camalov, Coşqun Diniyev, Eddi İsrafilov, Emin Mahmudov;

Hücumçular: Musa Qurbanlı, Mahir Emreli, Ozancan Kökçü, Rüstəm Əhmədzadə, Renat Dadaşov, Nəriman Axundzadə.

Shares: