Bizi izləyin

Milli komanda

De Byazinin bir-iki santimetrlik hörməti

blank
blank

AFFA-nın marketoloq idarəçilərinin təbliğatçıları Canni de Byazini qəhrəman qayırmaqda olsun, diqqətinizi Qara Qarayevin açıqlamasına qaytarım. “Qarabağ”ın millidən kənar qalan futbolçusu iki cümlə deyib və hər biri üzərində dayanmağa dəyər.

Bəri başdan vurğulayım ki, millinin baş məşqçisi oyun tərzinə uyğun gəlmədiyini deyib Qaradan imtina etsəydi və ya hətta “mənim seçimimdi” açıqlamasıyla kifayətlənsəydi, müzakirələr bu qədər kəskinləşməzdi. Ümumiyyətlə, AFFA rəhbərliyi ilə şərik olan menecerlərin sifarişli siyahısı istisna olmaqla, həmişə normal alternativi olan hansısa oyunçunun millidən kənar qalmasını qabartmağın əleyhinə olmuşam, bunu məşqçi seçiminin nəticəsi saymışam.

Qarayevlə bağlı məsələdə də düşüncəm eynidi. Kiminsə yığmadakı yeri əbədi deyil və olmamalıdı. Hətta de Byazinin yerinə olsaydım, son toplanışa Emil Balayevi yox, gənc Yusif İmanovu və ya Tərlan Əhmədlini çağırardım. Amma bu kimi məsələlərdə baş məşqçinin seçimin güvənmək lazımdı.

İş ondadı ki, de Byazi də dinc dayanmır. Elxan Məmmədov AFFA-da daha möhkəm olduğu vaxtlar menecer-prezident Riad Rəfiyevin tapşırığına əsasən sifarişli siyahı açıqladığına əmin olduğum italiyalı, “milliyə çağırılmamasının səbəbini Qara özü bilir” deməklə “münaqişə ocağı” yaradır. Daha ağıllı, daha məntiqli açıqlama verməkdənsə, futbolçuyla konfliktə girir.

Buyurun, bu da Qaranın cavabı. Dünən İctimai Televiziyada yayımlanan “Bol idman” verilişinə qatılan 30 yaşlı yarımmüdafiəçi bildiyi səbəbi deyib: “Bu söhbət federasiya rəhbərliyi və mətbuat katibinə yaxın yerdə oldu. İctimai rəyi mənim üstümə yönləndirməyini heç vaxt qəbul etməmişəm. De Byazi mənə bildirdi ki, sənin boyun qısadı, mən həmin mövqedə daha hündür oyunçu oynatmaq istəyirəm”.

Səbəb burdursa, de Byazi kimi məşqçi ölkədən rədd olmalıdı. Və ya bu iradın qarşılığında Qara ona etiraz edibsə, məsələ böyüdüyündən belə qərar verilibsə, futbolçunu haqsız saymıram.

Əvvəla, ona görə ki, internet məlumatlarına görə, 175 sm boya malik olan Qara illərdi “Qarabağ”ın avrokuboklardakı uğurlu oyunlarında elə bu cüssəylə mübarizə aparır. Və daim komandasının ən yaxşılarından olub. Bacarıqları ilə fiziki göstəricilərindəki çatışmazlıq kimi önə atılan boyunu o qədər ustalıqla sığortalayıb ki, məşqçiləri zaman-zaman onu hətta həqiqətən uca boyluların yer alması gərəkən mərkəz müdafiəçisi kimi oynadıb, heyətdəki çatımazlığı sığortalayıb.

Qarayev kimi dayaq bölgəsində oynayan dünyanın ən məşhur yarımmüdafiəçiləri belə Qaranın boyuna həsəd aparır. Hazırda mövqeyinin ən yaxşıları sayılan Nqolo Kante 168, Marko Veratti 165 santimetr boya malikdi və hər ikisi ən çox arzulanan oyunçular sırasındadılar. Yığmamıza qarşı oynayan və Slovakiya millisinin ən yaxşısı olan Stanislav Lobotka da Qaradan 5 sm qısadı.

Deyək ki, de Byazi başqa dünyanın adamıdı, düşüncələri fərqlidi – qəbul. O zaman adam gərək prinsiplərinə sadiq qalsın. Eddi İsrafilov daha hündürboydu, amma Slovakiyada oyuna buraxılan Elvin Camalov da Qara kimi 175 sm-lik oyunçu idi. Qazaxıstanla matçda Eddini əvəz edən Aleksey İsayev isə Qaradan cəmi 2 sm hündürdü. Hər iki matçın start heyətində görünən Emin Mahmudov da 176 sm boyla Qarayevdən fərqlənmir.

1-2 sm-lik bəhanə bəd niyyəti gizlədə bilməz. De Byazi ya əsl səbəbi desin, ya da ümumiyyətlə, bu mövzunu açmasın, “belə istədim” desin, anlayışla qarşılayaq. Şouya gərək yoxdu. Lakin Qara özünü Canni kimi məsuliyyətsiz aparsaydı, elə dünənki verilişdə əks zərbəylə italiyalını biabır edərdi. Onun “De Byazinin dediyi kimi – özüm bilirəm. Hətta çox şeyi bilirəm. Sadəcə, bilmirəm ki, bunları açıqlamağım kimin daha çox ziyanına və ya xeyrinə işləyəcək” deməsi ciddi anonsdu. Milliyə sifarişlə çağırılanlar, Rəfiyevin biznes-planına xeyir vermək üçün start heyətinə salınanlar, klubsuz qalıb 4-5 ay oynamadan birbaşa milliyə dəvət edilib ilk “11-liy”ə qoyulanar… Zənnimcə, Qarayev bunun anonsunu verdi.

Cənab de Byazi, xətkeşi yerə qoyursan? Yoxsa səndən superqəhrəman qayıraq? Üfüqi, yoxsa şaquli?

FƏRİD

Reklam

Reklam


blank
Dünya futbolu2022-12-03 11:49

DÇ-2022: Braziliya 24 il sonra bu aqibətlə üzləşdi

blank
Müsahibə2022-12-03 11:12

Luvaqa “Səbail”də inkişaf görür: “Fərq liqada yox, komandalardadır”

blank
Dünya futbolu2022-12-03 10:54

Millimizin rəqibi Tyerri Anriyə tapşırılır

blank
Dünya futbolu2022-12-03 10:36

DÇ-2022: 1/8 final mərhələsinə start verilir – YENİLƏNİR

blank
Ölkə futbolu2022-12-03 10:25

“Qəbələ”nin “Səbail”lə 23-cü dueli

blank
Dünya futbolu2022-12-03 09:37

Afrikalıların Braziliya üzərində ilk qələbəsi

blank
Premyer-liqa2022-12-03 09:30

“Qəbələ” “Səbail”ə, “Sabah” “Şamaxı”ya qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-03 09:20

Serblərin arzuolunmaz, isveçrəlilərin alqışalayiq seriyası

blank
Ölkə futbolu2022-12-03 09:00

Utancaq məşqçinin oyuncaq futbolu

blank
Dünya futbolu2022-12-03 01:50

Millimizin hücumçusundan “Şalke”də daha bir qol

blank
Dünya futbolu2022-12-03 01:23

DÇ-2022: 1/8 final cütləri bəlli oldu

blank
Dünya futbolu2022-12-03 00:59

DÇ-2022: Cənubi Koreya və İsveçrə də 1/8 finalda!

blank
Premyer-liqa2022-12-03 00:16

Azərbaycan derbisində darmadağın – VİDEO

blank
Premyer-liqa2022-12-02 23:53

Regekampf: “Utanıram”

blank
Dünya futbolu2022-12-02 23:40

Şakiri yenə baş rolda

blank
Premyer-liqa2022-12-02 23:33

Qurban Qurbanov: “Bu gün bizim oyunumuz daha yaxşı alındı”

blank
I Divizion2022-12-02 23:27

Birinci Divizion üçün yeni planlar

blank
Premyer-liqa2022-12-02 23:20

“Qarabağ”ın legioneri derbidə sıradan çıxdı

blank
Dünya futbolu2022-12-02 23:02

Daha bir istefa

blank
Premyer-liqa2022-12-02 22:50

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2022-12-02 22:18

Yenə Ronaldo fərqi

blank
Dünya futbolu2022-12-02 22:07

Suareslə Qananı birləşdirən məqamlar

blank
Dünya futbolu2022-12-02 21:56

Portuqaliyanın hesabı açdığı matçlarda ilk məğlubiyyəti

blank
Digər2022-12-02 21:45

Ölkə kubokunda komanda yarışlarına yekun vuruldu

blank
Dünya futbolu2022-12-02 21:35

Uruqvayın faydasız qələbəsi

blank
Digər idman növləri2022-12-02 20:33

Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşdi

blank
Ölkə futbolu2022-12-02 19:42

“Sumqayıt” üçün yeni dizaynlı avtobus – FOTO

blank
Dünya futbolu2022-12-02 18:43

Braziliya yığmasında Neymar sevinci

blank
Ölkə futbolu2022-12-02 18:00

“Səbail” rəsmisinə 3 aylıq cəza, “Neftçi”yə texniki məğlubiyyət verildi

blank
Ölkə futbolu2022-12-02 17:48

AFFA-dan Ayaz Quliyevin pasport almasına dair xəbərlərə reaksiya

blank
Premyer-liqa2022-12-03 00:16

Azərbaycan derbisində darmadağın – VİDEO

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Premyer-liqa2022-11-13 17:42

Tərlan Əhmədov: “Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım” – VİDEO

blank
Premyer-liqa2022-11-13 17:23

Ayxan Abbasov: “Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır” – VİDEO

blank
Premyer-liqa2022-11-12 21:55

“Neftçi”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-12 19:36

Rəşad Sadıqov: “Onlar səviyyəcə digər komandalardan fərqlənirlər”

blank
Premyer-liqa2022-11-12 19:05

“Zirə” “Səbail”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2022-11-11 17:24

Şamaxıda 6 qolluq oyun – VİDEO

blank
Premyer-liqa2022-11-09 18:00

“Qarabağ”dan ardıcıl 13-cü qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-09 17:40

“Bu, güclənməyimizə imkan vermir” – Ayxan Abbasov

blank
Premyer-liqa2022-11-09 17:18

“Buna bir çıxış yolu tapmaq lazımdır” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-11-07 10:17

10 futbolçu meydandan qovuldu, “Rasinq” qalib elan edildi – VİDEO

blank
Premyer-liqa2022-11-06 21:46

“Qarabağ”la “Kəpəz” də bacarmadı – VİDEO

Facebook

Gündəm