Digər idman növləri
Denverlilərin ev seriyası davam edir
MBA-da bu gecə final seriyasına start verilib. Müntəzəm çempionatda daha çox xal topladığına görə “Denver Naggets” “Mayami Hits”lə ilk oyunu evində keçirib. Bu mövsüm bütün seriyalarda olduğu kimi denverlilər doğma arenada yenə qələbə qazanıblar – 104:93.
Bəzi ekspertlər bunu arenanın dəniz səviyyəsi ilə müqayisədə 1,6 km hündürlükdə olduğu ilə də əlaqələndirirlər. Onların fikrincə, belə yüksəklik qonaq komandaya tam gücü ilə oynamağa imkan vermir. Bütün bunların müəyyən qədər təsiri olsa da, belə seriyanın davam etməsinin əsas səbəblərindən biri, heç şübhəsiz komandanın, xüsusilə də onun liderinin gözəl oyunudur.
Dünən keçirilən ilk görüşdə Nikola Yokiç yenə də tripl-dabl edib. O, oyunu 27 xal, 10 ribaund və 14 assistlə tamamlayıb. Bu qədər ötürmə MBA tarixində final seriyalarında bir mərkəz basketbolçusu üçün ən yüksək göstəricidir. Onun komanda yoldaşı Camal Mürreyin də 26 xal və 10 assistlə oynadığını qeyd etməliyik. Qonaqların lideri Cimmi Batler isə görüşü yaxşı keçirməyib. Onun aktivində cəmi 13 xal var. “Mayami Hits”in heyətində ən çox xalı Adebayo toplayıb (26).
Seriyada önə keçən “Denver Naggets” ikinci oyunu da doğma meydançada keçirəcək.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi