Dünya futbolu
Depay 3 milyona satıldı
“Atletiko” Memfis Depayın transferini yekunlaşdırmaq üzrədir. Niderland millisinin üzvü tezliklə madridlilərlə müqavilə bağlayacaq.
Futbolinfo.az xəbər verir ki, yayda “Barselona” ilə müqaviləsi bitəcək hücumçu baş məşqçi Xavi ilə söhbət etdikdən sonra yekun qərarını verib. Klublar oyunçu dəyişdirməyə razılaşmayıblar, digər təklifləri isə Depay yaxına buraxmayıb. Xavidən əsas heyətdə yer zəmanət almayan Memfis ona daha ciddi maraq göstərən “Atletiko”ya yollanıb.
Madridlilər bu transfer üçün 3 milyon avro ödəyəcək. Oyunçu ilə neçə illik müqavilə bağlanacağı bəlli deyil.