Dünya futbolu
Derbidən sonra mübahisə
“Mançester Siti”nin futbolçuları Premyer Liqanın 20-ci turunda “Mançester Yunayted” ilə matçdan (1:2) sonra görüşün hakimləri ilə mübahisə ediblər. “Şəhərlilər” “Mançester Yunayted”in oyundakı ilk qolunun qeydə alınmasından narazı qalıblar. Onlar 82-ci dəqiqədə Reşfordun fərqləndiyi epizod zamanı ofsayd olduğunu düşünüblər.
Baş hakim Stüart Etvell köməkçisinin işarəsi ilə oyundankənar vəziyyət elan etsə də, VAR- a müraciətdən sonra qol hesaba alınıb.
Final fitindən sonra “Mançester Siti “nin futbolçuları hakimlərlə mübahisə etməyə başlayıblar. Cek Qriliş matçdan sonra meydanı tərk edərkən Etvellə mübahisə etməyə başlayıb, söhbət soyunub-geyinmə otaqlarına gedən tuneldə davam edib.
Bundan əlavə, “Daily Mail”in yaydığı məlumata görə, Qriliş oyundan sonra baş məşqçi Xosep Qvardiola ilə birgə rəqibin kapitanı Harri Maquayr ilə “qızğın mübahisə” edib.