Dünya futbolu
Deşam Fransa millisindən ayrıldı – atasının ölümünə görə
Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşama ağır itki üz verib.
Futbolinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin atası dünyasını dəyişib.
Bu səbəbdən Deşam UEFA Millətlər Liqasının iyunda keçiriləcək oyunlarına hazırlaşan komandanın düşərgəsini tərk edib. Hazırda yığmaya müvəqqəti olaraq, onun köməkçisi Gi Stefan başçılıq edir.
Fransa millisi A Liqasında Danimarka, Xorvatiya və Avstriya seçmələri ilə eyni qrupda yer alıb. Sözügedən komanda qrupdakı ilk matçını iyunun 3-də doğma meydanda Danimarka yığmasına qarşı keçirəcək.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq