Dünya futbolu
Di Mariya “Benfika”ya qayıda bilər
Anhel di Mariya karyerasını Portuqaliyada davam etdirə bilər. “Benfika” Argentinalı cinah hücumçusuna maraq göstərir.
Futbolinfo.az xəbər verir ki, bir sıra ərəb klublarından da dəvət alan futbolçu “Yuventus”da qalmayacaq. Turinlilər Çempionlar Liqasından kənar qaldığı üçün o, yeni müqavilə bağlamayıb və azad agent kimi klubu tərk edəcək. Amma di Mariya Avropada qalmaq niyyətindədir və bu üzdən Asiyadan gələn təkliflərə diqqət yetirmir.
Bunu fürsət bilən “Benfika” Anhellə təmasa keçib. 35 yaşlı oyunçunun Avropada ilk klubu olan Lissabon təmsilçisi onu 2010-cu ildə transfer etmiş, 4 il sonra 33 milyon avroya “Real”a satmışdı.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi