Dünya futbolu
Dibala “Yuventus”u bu kluba dəyişir
Bu mövsümün sonunda “Yuventus”undan ayrılacağı dəqiqləşən argentinalı futbolçu Paulo Dibalanın yeni klubu bəlli olub.
Futbolinfo.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu “İnter”lə anlaşıb.
Təcrübəli forvard yayda Milan təmsilçisi ilə 4 illik müqavilə bağlayacaq. O, yeni komandasına azad agent kimi keçəcək.
Dibala bu mövsüm “Yuventus”un heyətində 35 oyun keçirib. Futbolçu bu görüşlərdə 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi