Dünya futbolu
Dieqo Simeone onun gedəcəyini təsdiqlədi
Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda Luis Suaresin klubdan gedəcəyini təsdiqləyib.
Futbolinfo.az xəbər verir ki, bu haqda argentinalı mütəxəssis keçirdiyi mətbuat konfransında bildirib.
“Mən Luislə noyabrda danışdım. Bu, uzun və açıq söhbət idi. Hər iki tərəf özünün bu günü və gələcəyi haqda fikir bildirdi. O vaxtdan qərarlarımıza hörmətlə yanaşırıq. Suaresə minnətdaram”.
Xatırladaq ki, 35 yaşlı uruqvaylı hücumçunun “Atletiko” ilə müqaviləsi bu yay başa çatır. Daha əvvəl yayılan xəbərə görə, futbolçu maaşının azaldılmasına razılıq verməklə “Barselona”ya qayıtmaq istəyir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”