Dünya futbolu
“Dinamo”dan Mahirsiz darmadağın
Futbol üzrə Xorvatiya çempionatında 34-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Osiyek”lə qarşılaşıb. Futbolçumuzun komandası oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.
Mahir bu görüşdə iştirak etməyib. 25 yaşlı forvard sonadək ehtiyatda qalıb.
“Dinamo” 34 oyuna topladığı 73 xalla hazırda 10 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-01-15 13:34
“Qarabağ” milyonluq təklifdən imtina etdi
- Ölkə futbolu2024-01-16 08:00
“Neftçi” italiyalı hücumçu transfer edir – 400 min avroya
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Ölkə futbolu2024-01-15 20:29
Qurban Qurbanovdan transfer açıqlaması