Dünya futbolu
Dmitri Nazarov: “Bu, məni çox incidir”
Almaniyanın “Ersgebirge” komandası növbəti mövsümdən etibarən üçüncü divizionda mübarizə aparacaq.
Futbolinfo.az xəbər verir ki, Aue təmsilçisinin sona iki tur qalmış 2-ci Bundesliqanı tərk edəcəyi dəqiqləşib.
Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun da formasını geyindiyi komanda 32-ci tur çərçivəsində səfərdə “Darmştadt”a 0:6 hesabı ilə uduzub. Bu nəticədən sonra “Ersgebirge” sona iki tur qalmış 23 xalla 17-ci pillədə qərarlaşıb.
Nazarov komandasının aşağı liqaya düşməsi ilə bağlı fikirlərini bölüşüb. O, karyerasında ilk dəfə belə aqibətlə üzləşdiyini söyləyib:
“Bu, məni çox incidir. Komandadakı yetkin kişilərin bu səbəbdən ağladığını görmək inanılmazdır. Amma 32 oyunda 23 xal toplayırsınızsa, buna layiqsiniz”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…