Bizi izləyin

Digər idman növləri

Doğru addımlar atmaqla Formula yarışını daha çox sevdirmək olar

blank
blank

Bakıda keçiriləcək Formula 1 qran-prisinə 1 aya yaxın vaxt qalıb. Artıq 7 ildir ki, bu ərəfədə paytaxtın küçələrində yarışlara hazırlıq işləri həyata keçirilir. İlk qran-pridən əvvəl salınan asfalt örtüyü bu ilə qədər yenilənməmişdi. Bu il isə örtüyün təzələnməsinə qərar verilib. Daha dəqiq desək ki, FİA bunu tələb edib.

Məlum olduğu kimi, ötənilki maşınlarda vibrasiya ilə bağlı ciddi problemlər var idi. Xüsusilə də “Mercedes” və “Ferrari” komandalarında dalğalanma özünü bariz şəkildə göstərirdi. Bu vibrasiya maşının sürətinə təsir edir. Əsas da təsir məhz uzun düzlüklərdə olur. Həmin problem özünü məhz Bakı qran-prisində gösrtərdi.

Həmin yarışdan sonra FİA problemi aradan qaldırmaq üçün komandalara xüsusi tapşırıqlarını da verdi. Lakin komandalar da FİA ilə müzakirələr zamanı iradlarını bildirdi. Belə iradlardan biri də bəzi traslarda asfalt örtüyünün hamar olmaması idi. Birinci növbədə bu Bakı trasının uzun düzlüyünə , yəni Neftçilər prospektinə aiddir.

Məhz bu iradların nəticəsində FİA-dan asfaltın təkmilləşdirilməsi ilə bağlı təlimat gəlib. Ümumiyyətlə, şəhər trasında asfaltın yenilənməsi tez-tez baş verir. Çünki yoldan daim istifadə edildiyinə görə sözsüz ki, hamarlılıq pozulur. Nəzərə alaq ki, paytaxtımızda yayda güclü isti olur və asfalt da həmin istidən deqradasiyaya uğrayır.

Burada diqqət çəkən məqam başqadır. Yuxarıda yazdığımız kimi, hər il qran-pridən əvvəl tribunaların , beton bordürlərin quraşdırılması zamanı yollarda tıxaclar əmələ gəlir. Bu tıxaclarda yaranan narazılıqlar birbaşa Formulaya yönəlir. Əksəriyyət də Formulanın lazımsızlığını vurğulayır.

Avto-moto idmanın şahının nə qədər mənfəətli iş olduğunu iqtisadçılar daha gözəl bilirlər. Yarışların auditoriyası o qədər genişdir ki, bu amil ölkənin turizminə ciddi təsir edir. Ölkənin tanıtımı, onun imicinin yüksəklərə qaldırılması yolunda Formula 1-in böyük rolu var.

Bütün bu işləri camaatın daha az əziyyət çəkməsi ilə də reallaşdırmaq olar. Son bir neçə gün ərzində asfalt qatının dəyişdirilməsi üzündən yollarda əmələ gələn tıxac haqlı narazılığa səbəb olub. Nəzərə alsaq ki, bir neçə gündən sonra Novruz bayramı ilə əlaqədar şəhər əhalisinin bir hissəsinin ətraf rayonlara yola düşməsi və təhsil ocaqlarının, dövlət idarələrinin işləməməsi yollarda boşluqlar yaradacaq, bu işləri elə həmin günlərdə, həm də daha sürətli görmək olardı.

Camaatın narazılığına səbəb olan amillərdən biri yarışlardan əvvəl işlərin sürətlə aparılmaması, sonra isə tribunaların və betonların daha ləng şəkildə yığışdırılmasıdır. Bu da ağır tıxaclı günlərin sayını bir qədər də uzadır.

blank

Formula 1 təqvimində Bakı yeganə şəhər trası deyil. Başqa yerlərdə də şəhər daxilində yarışlar keçirilir. Misal üçün, Monako, Ciddə , Sinqapur və Las-Veqası qeyd edə bilərik. Ancaq məsələ burada şəhər yarışının necə təşkil edilməsidir. Çox uzağa getmədən Monakonu misal çəkə bilərik. Bildiyiniz kimi, knyazlığın ərazisi çox kiçikdir. Yarış demək olar ki, bütün ölkə boyu təşkil edilir. Amma insanların rahatsızlığını minimal həddə endirmək üçün bütün üsullardan istifadə edilir. Bakıda yarış zamanı trasın təşkil etdiyi yollar 1 həftə bağlı qalır. Monakoda isə belə deyil. Orada yol bütün sessiyalardan 1 saat sonra açılır. Yəni cümə günü sərbəst yürüşlərindən sonra şənbə günü sessiyalarına qədər, şənbə günü təsnifat mərhələsindən bazar günü əsas yarışa qədər açıq olur. Yarışdan da dərhal sonra tras tam açılır. Bakıda da bunun edilməsinə nə mane olur?

Mərhələnin keçirilmə vaxtına da diqqət yetirmək lazımdır. Bizim yarış adətən, iyun ayında baş tuturdu. Həmin müddətdə məktəblərdə dərslərin yekunlaşması yollarda müəyyən qədər boşluğa şərait yaradırdı. Amma bu il yarış aprelin son həftəsində keçiriləcək. Bunun isə problemləri artıracağı gün kimi aydındır. Aprel ayında havaların qeyri-sabit olduğunu söyləməyə ehtiyac yoxdur. Başqa mərhələlərdə belə hallar yaşanır. 2 il əvvəl hava şəraitinə görə Belçika qran-prisinin baş tutmamasını misal çəkmək olar. Amma şəhər trası üçün iş mövsümün pik vaxtında yarışın keçirilməsi əlavə çətinliklər deməkdir.

Formula 1 dünyasında belə bir qayda var. Hər bir ölkə yarışın keçirilməsi üçün üzvlük haqqı ödəyir. Məlum məsələdir ki, hansı ölkə çox ödəyirsə, öz arzularını da daha çox diqtə edir. Bu nə deməkdir? Birinci növbədə təqvimdə yerlə bağlı istədikləri vaxt seçilir. Misal üçün, Birləşmiş Ərəb Əmirlikləri bir qədər artıq üzvlük haqqı ödəməklə son yarışı keçirir. Son yarış nüfuzlu olduğuna, çox şeylərin məhz orada həll edilə biləcəyinə görə əlavə pul ödənilir. Çempionatın açılışı da nüfuzlu sayılır. Bəhreyn də hər mövsümün ilk yarışını qəbul etmək üçün əlavə pul ödəyir.

Bu gün 23 mərhələnin üzvlük ödəmələrinə nəzər yetirdikdə görərik ki, Bakı qran-prisi onlardan geri qalmır və hətta üstələyir. Lakin bununla belə, təqvimdə münasib və daimi yerimiz yoxdur. Bildiyimiz kimi, müqavilə gələn il sona yetir. Yeni müqavilə imzalanarkən bu faktorları nəzərə almaq lazımdır.

Bütün bunlara diqqət yetirilsə, xalq Formulanı daha çox sevər, narazılıqlar az olar. Bu gün ölkəmizdə Formula 1-in keçirilməsini istəyənlərin sayı o qədər də çox deyil. Bu təbəqəyə sırf azarkeşlər, bir də gələn turistlərdən qazanc əldə edən iaşə obyektləri və digər sahələrin nümayəndələri aiddir. Amma əslində, Formulanın ölkəyə və şəhərimizə çox faydası var. Sadəcə, bunu izah etmək üçün normal və savadlı təbliğat lazımdır.

İLQAR AĞAYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-01-16 17:30

İtaliya klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-01-16 17:11

“Roma”nın yeni baş məşqçisi bəlli oldu

blank
Dünya futbolu2024-01-16 16:52

Tuhel Noyerə heyran olub

blank
Dünya futbolu2024-01-16 16:33

“Atletiko”nun sabiq futbolçusu vəfat edib

blank
Ölkə futbolu2024-01-16 16:16

Yeni mövsüm üçün avrokubokların təqvimi müəyyənləşib

blank
Dünya futbolu2024-01-16 16:00

“Mançester Yunayted”in futbolçusu La Liqa klubunda

blank
Dünya futbolu2024-01-16 15:46

Ronaldo səsvermədən imtina edib

blank
Dünya futbolu2024-01-16 15:31

“The Best”: Messinin seçimi məlum oldu

blank
Dünya futbolu2024-01-16 15:17

Xavini Markes əvəz edəcək?

blank
Müsahibə2024-01-16 15:00

Elvin Məmmədov “Zirə”nin 2-ci pillədə qalacağına inanmır: “Çempion dəyişməyəcək”

blank
Digər idman növləri2024-01-16 14:45

Kansleri fitə basdılar

blank
Digər idman növləri2024-01-16 14:30

Bakıda keçiriləcək Dünya Kubokunda 33 ölkə iştirak edəcək

blank
Dünya futbolu2024-01-16 14:14

Sane ilə yeni müqavilə bağlanacaq

blank
Ölkə futbolu2024-01-16 14:00

“Səbail”lə oyun asan olmadı” – Motpan

blank
Digər idman növləri2024-01-16 13:47

Tərtərdə yeni idman klubu açıldı

blank
Digər idman növləri2024-01-16 13:31

Həftənin ən yaxşıları

blank
Dünya futbolu2024-01-16 13:13

“Roma” Mourinyonu istefaya göndərdi

blank
Digər idman növləri2024-01-16 13:02

“Nicat üçün hazırlıq proqramı tərtib olunub”

blank
Ölkə futbolu2024-01-16 12:47

Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək

blank
Ölkə futbolu2024-01-16 12:32

“The Best”: Azərbaycandan kimlərə səs verilib?

blank
Ölkə futbolu2024-01-16 12:15

Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var

blank
Digər2024-01-16 12:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-01-16 11:45

Alperenin məhsuldarlığı yetərli olmadı

blank
Ölkə futbolu2024-01-16 11:31

“Sumqayıt” Özbəkistan klubu ilə üz-üzə

blank
Ölkə futbolu2024-01-16 11:15

“Araz-Naxçıvan”dan növbəti transfer

blank
Digər idman növləri2024-01-16 11:00

Azərbaycan birinciliyinə bu gün start veriləcək

blank
Dünya futbolu2024-01-16 10:42

“Fənərbaxça” hücumçusunu icarəyə verdi

blank
Dünya futbolu2024-01-16 10:27

Arnautoviçin başı dərddə

blank
Ölkə futbolu2024-01-16 10:10

“Araz-Naxçıvan”ın transfer planı: Nqandonun əvəzinə Sadıxov

blank
Ölkə futbolu2024-01-16 09:52

“Kəpəz” üçün çempionat yenidən başlayacaq”

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm