Sloveniyalı basketbolçu Luka Donçiç unikal göstəriciyə nail olub. Dünən keçirilən görüşlər arasında “Dallas Maveriks”lə “Oklahoma Siti Tander” qarşılaşıb. Texas təmsilçisi 120:126 hesabı ilə məğlub olub. Son periodda dallaslılar 30:0-lıq seriya yaxalasalar da, məğlubiyyətdən xilas ola bilməyiblər.

Luka Donçiç 46 dəqiqə meydançada keçirib. Bu müddət ərzində o, 36 xal toplayıb, 15 ribaund və 18 də asist edib. Oyun ərzində snayper 5 dəfə dəqiq üçxallıq atış yerinə yetirib. MBA tarixində bu vaxta qədər heç bir basketbolçu oyun ərzində belə bir statistikaya malik olmayıb.

Digər oyunlar arasında “Los-Anceles Leykers”in “Hyuston Rokets”i məğlub etdyini qeyd etmək olar. Entoni Devis oyunda dabl-dabl edib. Alperen Şengün isə 21 xal toplayıb. Nikola Yokiçin tripl-dabl etdiyi qarşılaşmada komandası “Sakramento Kinqs”ə məğlub olub.

Shares: