Dünya futbolu
Dortmundda Roysu küsdürdülər
Marko Roys tezliklə klubunu dəyişə bilər. Dortmund “Borussiya”sının kapitanı rəhbərliyin yeni müqavilə təklifini rədd edib.
Futbolinfo.az xəbər verir ki, Almaniya klubu mövcud anlaşması yayda bitəcək yarımmüdafiəçi ilə müqavilə müddətini uzatmaq istəyir. Futbolçu da karyerasını Dortmundda başa vurmaq niyyətindədir. Lakin tərəflərin anlaşa bilmədiyi bir məqam var. Klub yeni müqavilədə maaşın aaldılmasını, Roys isə əksinə, artırılmasını istəyir.
“Borussiya” 33 yaşlı birisi üçün böyük xərc çəkmək istəməzkən, Marko xidmətlərinin, kluba sədaqətinin müqabilində klubun onu mükafatlandıracağını düşünürdü. Bu səbəbdən tərəflər arasında danışıqlar dalana dirənib.
Roys ona göstərilən münasibətdən xoşlanmadığı üçün klub axtarışına başlayıb. Ərəb ölkələrindən sərfəli təklifi olan futbolçu “Əl-Nəsr”in tansfer siyahısındadır. “Borussiya” planını dəyişməsə Marko Kriştianu Ronaldonun komanda yoldaşı olacaq.