Denzel Dumfrisin taleyinə qarşıdakı Avropa Çempionatından sonra aydınlıq gələcək. “İnter”in sağ cinah müdafiəçisinin Milanda qalmaq ehtimalı böyükdür.

Futbolinfo.az xəbər verir ki, Niderland millsinin üzvünün mövcud müqaviləsi gələn yay başa çatacaq. Bu səbəbdən onunla anlaşmanın yenilənməsinə ehtiyac var. Əks halda, “İnter” futbolçunu azad agent kimi itirməmək üçün onu indi satmalıdır.

“İnter”in idman direktoru Pyero Aussili bu barədə danışıb: “Denzel bizimlə olmaqdan xoşbəxtdir. O, mənə qalmaq istədiyini dedi. Qitə çempionatından sonra onunla görüşəcəyik. Ciddi təkliflər olsa, satılması barədə də düşünə bilərik. Amma Dumfris burada qalmaq istəsə, yeni müqavilə imzalanacaq”.

Xatırladaq ki, 28 yaşlı oyunçu 3 ildir “İnter”in şərəfini qoruyur. Onun üçün PSV-yə 14 milyon avro ödənilmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp