Bizi izləyin

Layihə

DÜNƏNDƏN SABAHA: Sumqayıt futbolu əvvəlki əzəmətini qaytarmaq istəyir

blank
blank

Sumqayıt futbol şəhəridi. Eyniadlı klubun oyunlarında dolu tribunaları görmək nəticə çıxarmaq üçün kifayət edir. Bu şəhərin insanları futbolla nəfəs alır, nəticələrinə baxmayaraq, daim sevimli təmsilçilərini izləyir, dəstəkləyir.

 

Azərbaycan futboluna onlarla istedad bəxş edən şəhər ötən əsrin sonunda xüsusilə seçilirdi. Hətta SSRİ-nin müxtəlif gənclər yığmalarına Arif Əsədov kimi qitə və dünya çempionu göndərən Sumqayıtda uşaq futboluna diqqət ən yüksək səviyyədə idi. Nəticədə ölkənin demək olar, bütün komandalarında bu şəhərin təmsilçisi gözə dəyir, medallar uğrunda mübarizə aparanların zərbə qüvvəsini sumqayıtlılar təşkil edirdi. Milli komandalarımızda da eyni vəziyyət idi.

 

Son 10-15 ildə vəziyyət dəyişdi. “Polad”, “Xəzər”, “Vosxod”, “Kimyaçı”, “Gənclərbirliyi” kimi tarixi klublar unuduldu, “Sumqayıt” adlı yeni klub AFFA tərəfindən yaradıldı, maliyyələşdirildi. Təsisçi-himayədarlar qısa müddətdə bu komandanı şəhər sakinləri üçün ögey uşağa çevirə bildi. Almaniya türkləri, dağıstanlılar, iranlılar və daha neçə-neçə fərqli fərqli məkanlardan gətirilən əcnəbilər milliləşdirildi, “sumqayıtlı” kimi təqdim olundu. Nəticədə yerli gənclər diqqətdən kənarda qaldı, yerlərini legionerlər tutdu, şəhər futbolu süniləşdi.

 

“Sumqayıt” indi də bunun əziyyətini çəkir. Vaxtilə yeninəsil yetişdirilmədiyindən, başı milliləşdirməyə qarışanlar uşaq futboluna barmaqarası yanaşdığından klub yerli oyunçular baxımından ciddi əziyyət çəkir. Yalnız indi anlayıblar ki, yerli kadrlara diqqət göstərilməsə, davamlı inkişaf mümkün deyil və müəyyən addımlar atmağa başlayıblar.

 

2010-2011 futbol mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt” yarandığı gündən uşaq futboluna diqqət ayırmağa çalışıb. Bəzən səriştəsizlik, fərqli maraqlar hədəfə kilidlənməyə “mane olub”. Lakin insaf naminə, obyektiv səbəblər də var. Belə ki, ilk illərdə dağıdılmış infrastrukturun fəsadları ciddi işlər görməyə mane olub. Xüsusilə meydança problemi olduğundan uşaq futbolunda böyük inkişafdan söhbət belə gedə bilməzdi.

 

Əsas və əvəzedici komanda o qədər də yaxşı vəziyyətdə olmayan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hazırlaşıb oyunlara çıxdığı halda, akademiyanın yaşaması, uşaq qruplarının məşq etməsi üçün demək olar, heç bir şəraiti yox idi. Rəhbərliyin başı milliləşənlərə pul xərcləməyə qarışdığından ən azı kiçik meydanlar salmaq, hansısa ərazini icarəyə götürüb müəyyən şərait yaratmaq yada düşmürdü. Məhz həmin illərdə “Sumqayıt” Futbol Akademiyası sözün həqiqi mənasında çətin günlər keçirirdi.

 

Lakin 2013-cü ilin sentyabrında SOCAR tərəfindən Sumqayıtda yeni idman qurğusu tikilərək klubun ixtiyarına verildi. Məhz həmin vaxtdan bütün yaş qrupları bir meydançada növbələşib hazırlaşmağa başladı. 2017-ci ildə isə “Sumqayıt” FK üçün daha müasir infrastruktur inşa edildi. Belə ki, “Kapital Bank Arena”nın ərazisində oyun keçirilən əsas təbii örtüklü meydançadan başqa məşq üçün bütün standartlara cavab verən 1 təbii, 1 süni örtüklü və 2 kiçik süni örtüklü meydança inşa edilərək klubun ixtiyarına verildi.

 

Elə bunun nəticəsidi ki, artıq milli komandalarımızda sumqayıtlı gənclərin sayı artmağa başlayıb, Xəyal Nəcəfovun timsalında bu şəhərin yetirmələri aparıcı klublara transfer edilir. 10 ildən çox müddət boşa verilməsəydi, cavabdeh şəxslər zamanında işinə peşəkar yanaşsaydı, indi say daha çox olardı, “Sumqayıt” da iranlıların ümidinə qalmazdı.

 

2019-cu ildə “Sumqayıt” Futbol Akademiyası yeni mərhələyə qədəm qoydu. Almaniyada çalışmış türkiyəli mütəxəssis Hakan Sünal akademiyanın koordinatoru təyin edildi. Burada məsələ rəhbərin əcnəbi olması deyil, yeni koordinator özüylə yeni sistem gətirdi və hazırda onun tətbiqiylə məşğuldu. Çatışmazlıqlar olsa da, irəliyə doğru ciddi addımlar atıldığını deyə bilərik. Belə ki, artıq akademiya vahid proqram üzərində çalışır, əvvəlki kimi hər məşqçi istədiyi kimi məşq keçmir, hər kəs eyni sistemlə fəaliyyət göstərir.

 

2019/20 mövsümündən etibarən “Sumqayıt” Futbol Akademiyasında bir sıra yeniliklər edilib. İlk öncə məşqlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə məşqçilərin sayı artırılıb. Ümumilikdə akademiyada çalışan məşqçilərin, inzibati heyətin sayı 20-dən 36-ya yüksəldilib, həmçinin komanda və futbolçu sayı da artıb. Buna əlavə, Avropa təcrübəsinə uyğun olaraq, akademiyaya fitnes məşqçisi gətirilib. Hazırda akademiyanın ixtiyarında olan bir standart ölçülü süni örtüklü meydança, iki mini meydança və bir ədəd “texnika kortu” adlandırdığımız meydança mövcuddur.

 

“Sumqayıt” Futbol Akademiyasında son vaxtlar görülmüş işlərin qisa xülasəsi:

* “Sumqayıt”ın akademiyasında ümumi komanda sayı 9-dan 15-ə qaldırılıb.

* Ötən illərdə akademiyada 160 uşaq var idisə, yeni sistemə əsasən futbolçu sayı 250-yə çatdırılıb.

* “Sumqayıt”ın akademiyasında məşqçi və inzibati heyətin sayı 20-dən 36-ya yüksəldilib.

* Akademiyaya atletika və fitnes məşqçisi dəvət edilib.

* Klubun futbol məktəbi yaradılıb, ora 4 yaşından 9 yaşına qədər futbolçular qatılır.

* Ümumilikdə “Sumqayıt” Futbol Akademiyası 3 qrup əsasında fəaliyyət göstərir: “Təməl qrup”, “Orta qrup”, “Performans qrup”.

* Məşqçilərlə mütəmadi olaraq həftə ərzində 2 dəfə olmaqla iclaslar, dərslər keçirilir.

* Akademiya olaraq, Sumqayıtda fəaliyyət göstərən futbol məktəbləri ilə iş birliyi aparılır.

* Akademiyada elit-məşqlər, fitness məşqləri də keçirilir.

 

“Sumqayıt” 2019-cu ildə uşaq futbolunun inkişafı yolunda daha bir yeniliklə yadda qalıb. Belə ki, klubun futzal məktəbi rəsmən fəaliyyətə başlayıb. Futzalda hər komandada 5 nəfər olur və oyunçunun topla təması böyük futboldakından daha çox olur. Futzalda texnika üzərində də daha çox çalışmaq lazımdır ki, rahat driblinq edib, rəqiblərini geridə qoyasan. Futzalda yetişən uşaqların bir neçə il sonra texniki keyfiyyətlərinin daha yüksək olacağı gözləniləndi. Akademiyanın bəzi uşaqları məhz texnikanın artırılması məqsədi ilə bəzən xüsusi proqramlar çərçivəsində futzal məşqlərinə də yönləndirilir.

 

2020-ci ildə “Sumqayıt” Futbol Akademiyası daha bir layihəyə start verib. Belə ki, akademiyanın nəzdində 4-8 yaş arası qrupların yığımına başlanıb. Bu proses futbolçuların daha erkən yaşda topla tanış olması məqsədi güdür. İlk vaxtlarda “Futbol Məktəbi” adlanan layihəyə 10 nəfərlə start verilmişdi, hazırda isə bu qruplarda 100-ə yaxın uşaq futbolun sirlərini öyrənir.

 

Bundan başqa, “Sumqayıt” Futbol Akademiyasının məşqçiləri 2017/2018 mövsümündə Türkiyənin ən güclü akademiyaları sırasında göstərilən “Altınordu”nun düşərgəsində təcrübə də keçiblər. Belə ki, klubun 6 məşqçisi bu proqram çərçivəsində 1 həftə İzmirdə olub. Bunun davamlı olacağına ümid edirik.

 

“Sumqayıt”ın əsas komandasına baş məşqçi təyin olunduqdan sonra daim gənc futbolçuların inkişafına çalışan Ayxan Abbasov da ümumi işlərin gedişinə biganə deyil. O, cari mövsümdən etibarən akademiyadakı gənc və perspektiv vəd edən uşaqları nəzarətə götürüb. Belə ki, akademiyada diqqət mərkəzində olan 15-ə yaxın futbolçu Abbasovun nəzarəti altında əsas komanda ilə məşqlərə qatılmaqla yanaşı, fərdi məşqlərdə də iştirak edir. Belə ki, əsas komandanın fiziki hazırlıq üzrə çalışdırıcısının hazırladığı xüsusi proqram əsasında onlar həftəlik məşqlərdə iştirak etməkdədi. Abbasov ötən mövsüm ümumi olaraq akademiyanın 30-dan artıq üzvünü mütəmadi olaraq əsas komanda ilə məşqlərə qatıb, indi onların bəziləri heyət üzvüdü, hər an Premyer Liqada oynamaq üçün şans gözləyir.

 

Əsas odur, Sumqayıtda futbola münasibət dəyişib. 10 ildən çox müddət boşa verilsə də, indi ənənələri olan şəhərdə top oyununa münasibət başqadı, səhvlərdən nəticə çıxarılıb, keçmiş günlərdəki əzəmətin təkrarına, daha yaxşısına cəhd edirlər.

 

FƏRİD

blank
blank
Reklam

Reklam


blank
Dünya futbolu2023-03-26 14:10

25 ildən sonra eyni göstəricini təkrarladı

blank
Dünya futbolu2023-03-26 13:37

“Sevilya”nın futbolçusu millimizlə oyundan öncə sıradan çıxdı

blank
Milli komanda2023-03-26 13:14

İsveç indi qorxulu deyil – özümüz özümüzə problem yaratmasaq…

blank
Dünya futbolu2023-03-26 12:59

Qoretska Naqelsmannın istefasını gözləmirmiş

blank
Ölkə futbolu2023-03-26 12:41

“Qəbələ” “Neftçi”yə belə qalib gəldi – VİDEO

blank
I Divizion2023-03-26 12:24

“Mingəçevir”də növbəti istefa

blank
Milli komanda2023-03-26 12:00

“Azərbaycanla oyun tam fərqli olacaq” – İbrahimoviç

blank
Dünya futbolu2023-03-26 11:45

İspaniya millisi 20 ildir evdə xal itirmir

blank
Digər idman növləri2023-03-26 11:28

Fiqurli konkisürmə: Asiyaya doğru

blank
Digər idman növləri2023-03-26 11:00

Yarımfinalın ilk oyunlarının vaxtı açıqlandı

blank
Ölkə futbolu2023-03-26 10:37

“Qarabağ” “Qalatasaray”la üz-üzə – YENİLƏNİR

blank
Dünya futbolu2023-03-26 10:05

Premyer Liqa klubundan MLS-ə 2.5 milyonluq transfer

blank
Dünya futbolu2023-03-26 09:48

AÇ-2024: Ukrayna yığması İngiltərəyə qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2023-03-26 09:33

Braziliya Mərakeşə məğlub oldu, Almaniya qələbə qazandı

blank
Dünya futbolu2023-03-26 09:17

Kim təkzib edir

blank
Milli komanda2023-03-26 09:00

Milli komandaya çevrilən yığma

blank
Ölkə futbolu2023-03-26 01:41

Türkiyə millisindən İrəvanda əzmkar qələbə, İspaniyadan darmadağın!

blank
Dünya futbolu2023-03-26 01:15

Nazarovun komandası səfərdə xalsız qaldı

blank
Dünya futbolu2023-03-26 00:42

Volkovdan Gürcüstan yığmasında 1 qol, 1 məhsuldar ötürmə

blank
Digər idman növləri2023-03-25 23:32

“Qalatasaray” Bakıya bu heyətlə gəlir

blank
Digər idman növləri2023-03-25 23:16

“Gəncə” və NTD kubokun finalında

blank
Milli komanda2023-03-25 22:22

“Çox işləməliyik” – Millimizin baş məşqçisi

blank
Milli komanda2023-03-25 21:55

Yığmamız Yunanıstana da məğlub oldu

blank
Digər idman növləri2023-03-25 21:01

Millimiz Qazaxıstanla birgə Göygöldə hazırlaşır

blank
Milli komanda2023-03-25 20:02

Millimiz Bosniyadakı ikinci oyunundan məğlub ayrıldı

blank
Digər idman növləri2023-03-25 19:35

Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

blank
Ölkə futbolu2023-03-25 18:59

“Neftçi” “Qəbələ”yə məğlub oldu

blank
Ölkə futbolu2023-03-25 18:21

“Zirə” və “Şamaxı”dan yoxlama matçında heç-heçə

blank
Ölkə futbolu2023-03-25 18:00

“Bu oyun daha əvvəl olmalı idi” – Tahir Gözəl

blank
Ölkə futbolu2023-03-25 17:40

“Qalatasaray”a qarşı “Qarabağ”ın adı üçün oynayacağıq” – Qara Qarayev

blank
Ölkə futbolu2023-03-26 12:41

“Qəbələ” “Neftçi”yə belə qalib gəldi – VİDEO

blank
Digər idman növləri2023-03-25 21:01

Millimiz Qazaxıstanla birgə Göygöldə hazırlaşır

blank
Milli komanda2023-03-21 12:27

İlqar Aslanov: “Ümidləri doğrultmağa çalışacağıq” – VİDEO

blank
Premyer-liqa2023-03-17 20:17

“Qəbələ”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-03-17 19:34

“Hədəfimizə çatmaq üçün daha da inkişaf etməliyik” – VİDEO

blank
Ölkə futbolu2023-03-17 16:41

“Qəbələ” üçün yeni sponsor – VİDEO

blank
Premyer-liqa2023-03-16 22:04

“Kəpəz” “Neftçi”dən belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-03-16 19:26

“Səbail”lə “Turan Tovuz”un heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2023-03-16 13:43

“Neftçi”də sağlamlıq durumu – VİDEO

blank
Premyer-liqa2023-03-15 23:54

“Sabah”dan “Zirə” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-03-15 21:40

“Sumqayıt” evdə darmadağına üzüldü – VİDEO

blank
Premyer-liqa2023-03-12 18:13

“Şamaxı” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-03-11 22:24

“Qarabağ”dan “Səbail”ə 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-03-11 18:33

“Turan Tovuz”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-03-10 22:11

“Sabah”dan “Sumqayıt”a 4 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-03-10 19:15

Zaur Əzizov: “Yayda 4 oyunçu ilə heyətimizi gücləndirəcəyik” – VİDEO

blank
Premyer-liqa2023-03-10 18:47

“Kəpəz” “Zirə” üzərində qələbəni əldən verdi – VİDEO

blank
Premyer-liqa2023-03-10 18:05

“Avtobusu, tərcüməçisi, vitamini olmayan komandanın elitada qalmasına çalışıram” – VİDEO

blank
Premyer-liqa2023-03-10 17:37

Rəşad Sadıqov: “Ədalətli nəticə heç-heçə idi” – VİDEO

blank
Ölkə futbolu2023-03-06 14:30

Millimizin qapıçısı da “yalnız qələbə” deyir – VİDEO

blank
Milli komanda2023-03-06 10:14

Millimiz Polşada ilk məşqə çıxdı – VİDEO

blank
Premyer-liqa2023-03-05 22:43

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

blank
Premyer-liqa2023-03-05 20:39

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Dünya futbolu2023-03-05 10:59

Azərbaycanlı futbolçu Ukraynada dubla imza atdı – VİDEO

blank
Premyer-liqa2023-03-04 21:58

“Sabah”ın “Kəpəz” üzərində inamlı qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-03-04 19:49

“Səbail” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Milli komanda2023-03-03 23:41

Yığmamızın yunanlar üzərində qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-03-03 20:20

“Zirə” – “Şamaxı” matçında 4 qol – VİDEO

blank
Ölkə futbolu2023-03-01 10:47

Rövnəq Abdullayev FIFA TV-yə müsahibə verdi – VİDEO

blank
Premyer-liqa2023-02-27 23:17

Azərbaycan derbisində hərəyə 1 qol və 1 xal – VİDEO

Facebook

Gündəm