Dünya futbolu
Ekambi mövsümü “Renn”də başa vuracaq
“Renn” “Lion”un futbolçusunu icarəyə götürür. Qışda bir neçə oyunçusunu satan Fransa klubu yeni transferləri yaya saxlayıb, mövsümü bitirmək üçün digər komandaların oyunçuları ilə müvəqqəti anlaşmağı lazım bilir.
Futbolinfo.az xəbər verir ki, artıq Karl Toko-Ekambinin keçidi həll olunub. Kamerun yığmasının 33 yaşlı sol cinah müdafiəçisi yaya kimi “Renn”də oynayacaq. Klublar arasında razılaşma əldə olunub, futbolçu tibbi müayinədən keçən kimi rəsmi müqavilə bağlanacaq.
2020-ci ildə “Vilyarreal”dan gələn kamerunlunun “Lion”la ilyarımlıq müqaviləsi qalıb. O, son vaxtlar heyətə düşə bilməməsindən narazı idi.