Dünya futbolu
Ekvador yığmasının hücumçusu Super Liqa klubunda

“Sivasspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Ekvador yığmasının hücumçusu Xordi Kaysedonu heyətinə cəlb edib.
25 yaşlı forvard Meksikanın “Tiqres UANL” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb.
Kaysedo 2022-ci ilin iyul ayında 2.5 milyon avro qarşılığında Bolqarıstanın ÇSKA (Sofiya) klubundan “Tiqres UANL” komandasına keçib. O, Meksika təmsilçisində 16 oyuna 1 qol vurub. Daha öncə “Universidad Katolika”, “El Nasional”, “Vitoriya” kimi klublarda da forma geyinmiş futbolçu Ekvador millisində 10 oyuna 2 qol vurub.

- Ölkə futbolu2023-03-29 09:00
İTV üçün siyahı – sabaha saxlamayın!
- Ölkə futbolu2023-03-30 09:00
AFFA vaxtı uzatdı, İK üzvləri özünü ifşa etdi: futbolu dərindən bilməyən də var, rusdilli olduğu üçün müzakirədən qaçan da
- Ölkə futbolu2023-03-29 16:39
Əcnəbilər üçün xərclənən milyonlara neçə akademiya tikmək olardı?
- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”