Dünya futbolu
“Əl-Nəsr” finalda uduzdu, Ronaldo ağladı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Səudiyyə Ərəbistanının Kral Kubokunun final oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, həlledici görüşdə “Əl-Hilal”la “Əl-Nəsr” üz-üzə gəlib.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol vurulmayıb və görüş penaltilər seriyasına qədər uzanıb.
Burada “Əl-Hilal” daha dəqiq olaraq (5:4) kubokun sahibi olub.
Matçın final fitindən sonra “Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo qazona uzanaraq ağlamağa başlayıb. Komanda yoldaşları və klub işçiləri ona təsəlli verib.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)