AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah” – “Turan Tovuz” oyununda “Sabah”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sabah” klubu 700 manat cərimə edilib.

“Qəbələ” – “Zirə” oyununda “Qəbələ”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 700 manat cərimə edilib.

“Qəbələ” – “Zirə” oyununda “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qəbələ” klubu 800 manat cərimə edilib.

“Qəbələ” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Zirə” klubu 700 manat cərimə edilib.

“Kəpəz” – “Araz-Naxçıvan” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kəpəz” klubu 700 manat cərimə edilib.

“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp