Ölkə kuboku
Elmar Baxşıyev: “Qarabağ”la oyunlarda əlimizdən gələn hər şeyi edəcəyik”
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Araz Naxçıvan” oyunundan (5:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Futbolinfo.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Neçə tur idi ki, komanda hücumda olurdu, amma şansları dəyərləndirə bilmirdi. Lakin bu oyunda hücumda fərqli idik. Daha çox hücumda fikirləşdiklərimizi meydanda göstərməyə çalışırdıq. İnamlı qələbə qazandıq. Komandamı təbrik edirəm.
Kubokdakı növbəti rəqibimiz “Qarabağ”dır. Komanda olaraq hazırlaşacaq və layiqli müqavimət göstərməyə çalışacağıq. Heyətimizdə az oynayan futbolçulara da şans verdik. Bilirdik ki, bir az çətin olacaq. Komanda düzgün reaksiya verdi və daha yaxşı oynadı. Heç bir oyundan əvvəl uduzmağı düşünmürük. “Qarabağ”ın gücü bəllidir. Futbolda oyundan əvvəl heç kim təslim olmur. Həmin qarşılaşmalara motivasiya olacaq və uğurlu nəticə üçün maksimum etməyə çalışacağıq. Komanda tur adlamaq üçün əlindən gələn hər şeyi edəcək”.
- Müsahibə2024-02-02 11:07
Qurban Qurbanov: “Şəxsi maraqlara görə səhv qərar vermək olmaz”
- Premyer-liqa2024-02-02 15:51
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-02-02 08:00
“Qarabağ”ın yola saldıqları: Bütün istefalar çempiona darmadağından sonra reallaşıb
- Ölkə futbolu2024-02-03 13:16
Bojoviç “Srvena Zvezda”dan tanıdığı hücumçunu “Neftçi”yə gətirir