Bizi izləyin

Müsahibə

Elvin Camalov: “Fasilədən sonra da eyni tempdə davam edə bilərik”

blank
blank

“Sabah” klubunun kapitanı Elvin Camalovun futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın 27-ci turunda səfərdə “Zirə” üzərində 2:0 hesablı qələbə qazandınız. Matçla bağlı düşüncələriniz nələrdir?

– Çətin oyun oldu. “Zirə” ilə bütün görüşlərimiz ağır keçir. Səfərdə 3 xal qazansaq da, heç də asan alınmadı. Fasilədən sonra da olsa, bizə lazım olan qolları vuraraq, qələbə qazanmağı bacardıq. Qalib gəldiyimiz üçün şadam.

– İkinci hissədə 10 dəqiqə ərzində 2 qol vuraraq istəyinizə çatdınız. İlk yarıda bunu reallaşdırmaq üçün nə çatmadı?

– Dediyim kimi, “Zirə” ilə matçlarımız hər zaman çətin keçir. Bu dəfə də istisna olmadı. Birinci hissədə fərqlənə bilməməyimizdə rəqibin oyunu mühüm rol oynadı. Fasilədə məşqçilər öz göstərişlərini verdilər. Biz də meydanda bu tapşırıqları yerinə yetirərək, meydandan 3 xalla ayrıldıq.

– Qış fasiləsindən sonra müəyyən eniş yaşasanız da, son 3 oyunda qələbə qazandınız. “Sabah”ın yenidən əvvəlki formasını bərpa etdiyini demək olar?

– Deməzdim ki, qış fasiləsindən sonra eniş yaşamışdıq. Yeni ildə keçirdiyimiz ilk 3 görüşdə qol buraxmadan qalib gəldik. Düzdür, ardından 2 matçda məğlub olduq. Lakin bunu enişlə əlaqələndirməzdim. Mövsüm uzundur. Bütün qarşılaşmaları eyni səviyyədə keçirmək mümkün deyil. Şadam ki, bu məğlubiyyətlərdən sonra bizə lazım olan qələbələri qazanmağı bacardıq.

– Pik forma yığdığınız bir vaxtda çempionatda fasilənin yaranmasını komanda üçün mənfi hal saymaq olar?

– Bu fasilə təkcə bizim yox, bütün komandalar üçün keçərlidir. Düşünürəm ki, fasilədən sonra da eyni tempdə davam edə bilərik.

– Turnir cədvəlinin 4-cü pilləsindəki “Zirə”ni artıq 25 xal qabaqlayırsınız və avrokuboklara vəsiqəni böyük ehtimalla təmin etmisiniz. Sizcə, hazırkı heyət avrokuboklarda qrup mərhələsinə qədər irəliləyə bilərmi?

– Bu barədə danışmaq üçün hələ tezdir. Bizim əsas məqsədimiz hər matçdan maksimum nəticə ilə ayrılmaqdır. Çempionat görüşündə meydana çıxanda turnir cədvəlini, rəqiblərimizin və özümüzün xallarını yox, məhz bunu düşünürük. Yalnız onu deyə bilərəm ki, uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik.

– Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin ilk iki oyununda martın 24-də Avstriya, 27-də isə İsveçin qonağı olacaq. Milli üzvü olaraq bu görüşlərdən nə gözləyirsiniz?

– Əlbəttə ki, çətin olacaq. Hər iki rəqib böyük futbol ənənəsi olan ölkə təmsilçisidir. Yığmaları daim yaxşı nəticələri ilə seçilib. Ancaq bu gün Avropada zəif rəqib yoxdur. İnkişaf etmək üçün hər bir komanda ilə mübarizə aparmağı bacarmalıyıq. Üstəlik, millinin forması altında meydana çıxırsansa, rəqibin adının fərqi olmamalıdır. Meydana çıxıb, sona kimi var qüvvəmizlə mübarizə aparmalıyıq.

– Milli son 5 oyunda ardıcıl qələbə qazanıb. Uğurlu seriyanı davam etdirmək baxımından bu təqvimi uğursuz saymaq olar?

– Onsuz da qrupdakı bütün rəqiblərlə qarşılaşacağıq. Kiminlə əvvəl, kiminlə sonra görüşməyin elə bir fərqi yoxdur. Meydandan yaxşı nəticə ilə ayrılmaq üçün maksimum gücümüzlə çalışacağıq.

– “Sabah”la “Beşiktaş” arasında xeyriyyə xarakterli yoxlama görüşünün təşkili planlaşdırılır. Belə bir oyuna münasibətiniz necədir?

– Məncə, çox yaxşı təşəbbüsdür. Qardaş ölkədə baş vermiş fəlakət hər birimizi çox kədərləndirdi. Fikrimcə, belə oyunla orada fəlakətdən zərər görən insanlara az da olsa, kömək etmək gözəl təşəbbüsdür. Bundan əlavə, “Beşiktaş” kimi Türkiyənin köklü klubunun oyununu Bakıda canlı izləmək azərbaycanlı futbol həvəskarları üçün də çox maraqlı olar.

FƏRİD

Reklam

Reklam


blank
Ölkə futbolu2023-08-30 17:00

“Araz-Naxçıvan”da iki zədəli

blank
Premyer-liqa2023-08-30 16:45

Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

blank
Premyer-liqa2023-08-30 16:30

“Qarabağ” – “Sabah” matçının vaxtı açıqlandı

blank
Ölkə futbolu2023-08-30 16:13

“Sabah”ın Rusiyadakı növbəti hədəfi

blank
Digər idman növləri2023-08-30 15:59

“Azərreyl” əcnəbi mütəxəssisə tapşırıldı

blank
Ölkə futbolu2023-08-30 15:38

“Qarabağ” – “Olimpiya” oyunu “İdman TV”də!

blank
Dünya futbolu2023-08-30 15:19

Gürcü futbolçu rəsmən “Ayaks”da

blank
Digər2023-08-30 15:07

Avrokubok oyunları Azərbaycanın iki telekanalında yayımlanacaq

blank
Digər idman növləri2023-08-30 14:47

“Ferrari” üçün yeni dizayn

blank
Ölkə futbolu2023-08-30 14:39

Rəqibin Pusi üçün fərqi yoxdur: “Meydana qələbə üçün çıxırıq”

blank
Digər idman növləri2023-08-30 14:27

Federasiya rəhbərliyi milli üzvləri ilə görüşdü

blank
Ölkə futbolu2023-08-30 14:17

“Sumqayıt”dan ayrıldı, “Əl-Əhli” ilə müqavilə bağladı

blank
Ölkə futbolu2023-08-30 14:01

“Olimpiya” “Azərsun Arena”da məşq etdi, Dağüstü Parkda oldu

blank
Milli komanda2023-08-30 13:52

Millimizin İordaniya ilə matçının biletləri satışa çıxarıldı

blank
Ölkə futbolu2023-08-30 13:38

Renat Dadaşov “Qrasshoppers”dən ayrılır – bir neçə təklif alıb

blank
Dünya futbolu2023-08-30 13:23

“Hatayspor”dan Fransa klubuna

blank
Dünya futbolu2023-08-30 13:09

Premyer Liqa klubu 19 yaşlı futbolçu transfer etdi – 27 milyona

blank
Müsahibə2023-08-30 12:57

Sorqa fiziki cəhətdən artırmalı olduqlarını etiraf edir: “Hədəf avrokuboklara düşməkdir”

blank
Dünya futbolu2023-08-30 12:40

Kolo Muani güzəşt istəyir

blank
Dünya futbolu2023-08-30 12:20

“Yuventus” gənc türkün inkişafından məmnundur

blank
Digər idman növləri2023-08-30 12:01

MBA-da ən çox qazanan oyunçular

blank
Dünya futbolu2023-08-30 11:47

Fati üçün seçim anı

blank
Dünya futbolu2023-08-30 11:33

“Vulverhempton”da portuqaliyalının əvəzinə uruqvaylı

blank
Digər idman növləri2023-08-30 11:19

Tennis tarixində ilk dəfə VAR-dan istifadə edildi, amma…

blank
Ölkə futbolu2023-08-30 11:02

“Qarabağ”ın sabiq futbolçusu Litva klubunda

blank
I Liqa2023-08-30 10:50

Kvaratsxeliya “Karvan”da

blank
Ölkə futbolu2023-08-30 10:35

“Qarabağ”ın oyununa görə metroda iş rejimi dəyişdiriləcək

blank
Milli komanda2023-08-30 10:21

Yığmamızdan “İmişli” ilə heç-heçə

blank
Digər idman növləri2023-08-30 10:02

Dünya birinciliyində gümüş medal

blank
Dünya futbolu2023-08-30 09:45

“Tottenhem”dən erkən vida

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:05

“Qarabağ”dan Finlandiya klubu üzərində çətin qələbə – VİDEO

blank
Ölkə futbolu2023-08-09 17:14

“Növbəti mərhələyə ilk addımı birlikdə ataq!” – VİDEO

blank
Premyer-liqa2023-08-06 22:30

“Sabah”dan “Qəbələ”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-08-06 20:44

“Kəpəz” “Neftçi”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-06 20:00

“Neftçi”ni udsaq da, böyük bir iş görməmişik” – VİDEO

blank
Premyer-liqa2023-08-06 19:49

Mutu: “Nə məğlubiyyətə, nə də qələbəyə layiq idik” – VİDEO

blank
Ölkə futbolu2023-08-06 13:00

“Kəpəz” yeni formalarını təqdim etdi – VİDEO

blank
Premyer-liqa2023-08-05 23:57

“Zirə”nin “Qarabağ” üzərində ilk qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-08-05 21:43

“Sumqayıt”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-04 23:50

“Turan Tovuz”dan darmadağın – VİDEO

Facebook

Gündəm