Müsahibə
Elvin xal itkisinin səbəbini tapıb: “Rəqib istəkli və aqressiv idi”

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin futbolinfo.az saytına müsahibəsi
– Ötən gün “Zirə” ilə matçda qalib gələ bilmədiniz. Ardıcıl 2-ci qolsuz heç-heçəniz reallaşdı…
– Çətin oyun oldu. Rəqib yaxşı müdafiə olunurdu. Milli komandalara görə yaranmış fasilə də öz təsirini göstərdi. Ümid edirəm ki, növbəti matçlarda hər şey yaxşı olar.
– Komanda qələbə qazana bilmədi, halbuki ilk dövrədəki oyununuzda 7:1 hesabı ilə üstün olmuşduz. Elə fikir yaranmışdı ki, “Qarabağ” yenə asan qalibiyyət əldə edəcək.
– Asan qələbə olmur. 7:1 hesabı ilə bitən oyuna baxsaq, o zaman da ilk hissə 1:1 bitmiş, ikinci hissədə rəqib boşluqlar vermişdi. 7:1-dən sonrakı oyun olduğu üçün rəqib istəkli və daha aqressiv idi. Biz də tam özü oyunumuzu oynaya bilmədik.
– Qurban Qurbanov oyundan sonra dedi ki, komandam yaxşı oynamadı və razı qalmadım. Yaxşı oynaya bilməməyin səbəbin nədə görürsən? Bir neçə gün birlikdə olmamaq buna təsir etdi?
– Bəli, millinin bir neçə gün birlikdə hazırlaşmadıq, belədə komandada tonusu saxlamaq çətindir. Məncə, əsas səbəb bu ola bilər.
– Qarşıda “Neftçi” ilə matç var. Hazırsız?
– “Neftçi” ilə matça tam hazır olmağa çalışacağıq. Ümid edirəm ki, hər şey istədiyimiz kimi gedər.
– Milli komandada iki oyun keçirdiniz və iki qələbə qazandınız. Səncə, komanda artıq öz oyununu tapmağa başlayıb?
– Baxmayaraq ki, yoldaşlıq görüşləri idi, amma qələbə vacib əhəmiyyət daşıyırdı. Qələbələri də yaxşı oyunla qazandıq. 5 matçdır ki, həm yaxşı çıxış edirik, həm qalibiyyət əldə edirik.
AĞA

Reklam
- Ölkə futbolu2023-01-30 20:07
“Qarabağ” Ovusunun ayrılığını rəsmən açıqladı
- Ölkə futbolu2023-01-30 13:02
“Aris” Kipr mətbuatının xəbərini təkzib edir: “Qarabağ”dan əlaqə saxlayan olmayıb”
- Premyer-liqa2023-01-30 09:00
“Sumqayıt” bu gün “Turan Tovuz”la qarşılaşır
- Ölkə futbolu2023-01-29 12:57
“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim”