Dünya futbolu
Emeri tələbəsini yanında görmək istəyir
Unay Emeri daha bir keçmiş yetirməsini yanında görmək istəyir. “Aston Villa”nın baş məşqçisi rəhbərlikdən Matteo Gündüzinin transferini tələb edib.
Futbolinfo.az xəbər verir ki, ispan çalışdırıcı “Arsenal”da xidmətindən yararlandığı oyunçunu İngiltərə Premyer Liqasına gətirməkdə maraqlıdır. Hazırda “Marsel”də forma geyən yarımmüdafiəçi də Emerinin yanına yollanmaq istəyir.
Fransa klubu Matteonu satmağın əleyhinə deyil. Onlar Gündüzi üçün 50 milyon avro tələb edir.
Mərakeş əsilli fransalı İngiltərəni ötən yay tərk edib. “Arsenal” yarımmüdafiəçini 25 milyon avroya satmışdı. Onun “Marsel”lə 2,5 illik müqaviləsi var.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”