Milli komanda
“Enrike bu turniri qazana bilsə, çox sevinərəm” – De Byazi

“Sensasiyalı nəticələri və gözlənilməz heç-heçələri bir kənara qoysaq, dünya çempionatında ən çox güvəndiyim komanda İspaniya yığmasıdır”.
Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022 barədə danışarkən deyib.
İtaliyalı çalışdırıcı DÇ-2022-də sürpriz nəticələrin qeydə alınmasından məmnun olduğunu bildirib. O, ispaniyalı həmkarı Luis Enrikenin titulu qazanmasını arzuladığını dilə gətirib:
“Luis Enrike həyatın ondan aldıqlarından sonra bu turniri qazana bilsə, çox sevinərəm”.
Canni de Byazi İtaliya milli komandasının turnirdən kənarda qalmasına münasibət bildirib:
“İtaliya uğursuzdur. Avropa çempionluğunu qazanmış komandanın ardınca iki dünya çempionatından kənarda qalmasını düşünmək anormallıqdır”.
E qrupunda 4 xalla ikinci yerdə qərarlaşan İspaniya millisi pley-off mərhələsində Mərakeşlə qarşılaşacaq.

Reklam
- Ölkə futbolu2023-01-30 20:07
“Qarabağ” Ovusunun ayrılığını rəsmən açıqladı
- Ölkə futbolu2023-01-30 13:02
“Aris” Kipr mətbuatının xəbərini təkzib edir: “Qarabağ”dan əlaqə saxlayan olmayıb”
- Premyer-liqa2023-01-30 09:00
“Sumqayıt” bu gün “Turan Tovuz”la qarşılaşır
- Ölkə futbolu2023-01-29 12:57
“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim”