Dünya futbolu
“Everton” oğul Ançelottiyə təklif göndərdi

“Everton”un baş məşqçisi postuna sürpriz namizəd ortaya çıxıb. Marselo Byelsanın imtinasından sonra liverpullular italiyalı gənc mütəxəssisə debüt şansı yaratmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, 2019-21-ci illərdə Karlo Ançelottinin çalışdırdığı klub indi onun oğluna dəvət göndərib. 7 ildir atasının köməkçisi olan Davide İngiltərə Premyer Liqasına qayıda bilər. Hazırda “Real”da çalışan 33 yaşlı oğul Ançelotti bu təklifə müsbət cavab verməyi ciddi şəkildə düşünür.
Xatırladaq ki, bir neçə gün öncə Frank Lempard uğursuz nəticələr üzündən “Everton”dan qovulub. Komanda hazırda son pillələrdədir.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün