Dünya futbolu
“Everton”un baş məşqçi postuna sürpriz namizəd
“Everton” tezliklə yeni baş məşqçisinin adını açıqlayacaq. Amma Mauritsiolardan heç biri – nə Poçettino, nə də Sarri bu postu tutmayacaq.
Futbolinfo.az xəbər verir ki, bu gün Frank Lempardı qovan İngiltərə klubuna rəhbərlik etməyə sürpriz namizəd peyda olub. Sən demə, liverpullular bir müddətdir Marselo Byelsa ilə danışıqlar aparırmış. Argentinalı mütəxəssis də Premyer Liqaya dönməyə razılıq verib.
Bir il öncə “Lids”dən qovulandan bəri işsiz olan Byelsa komandanı çətin vəziyyətdən çıxarmağa söz verib. 2018-22-ci illər aralığında işlədiyi “Lids”də bu bacarığının olduğunu isbatlayan argentinalı 2,5 illik müqaviləyə razılaşıb. Təyinatın tezliklə rəsmiləşməsi gözlənilir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”