Ölkə futbolu
“Fənərbaxça”nın sabiq futbolçusu “Qarabağ”da!

Fransanın “Dijon” klubunun futbolçusu Yassin Benzya karyerasını Azərbaycanda davam etdirə bilər. Bu barədə Fransanın ünlü “Ekip” nəşri məlumat yayıb.
Futbolinfo.az xəbər verir ki, artıq Bakıda olan oyunçu transferlə bağlı son detalları dəqiqləşdirir. Onunla müqavilə bağlanacağını Ağdam klubundan da təsdiqləyiblər. “Qarabağ” əlcəzairli oyunçuya 2.5 illik müqavilə təklif edib.
Benzya cari mövsüm komandasının heyətində meydana çıxmayıb.
Xatırladaq ki, Yassin Benzya Fransada Lion “Olimpik”i, “Lill”, Yunanıstanda “Olimpiakos”, Türkiyədə “Fənərbaxça” və “Hatayspor” klublarının formasını geyinib. Əlcəzair millisinin sabiq futbolçusu Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.

- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı
- Ölkə futbolu2023-03-18 09:47
“Sumqayıt”da baş məşqçi köməkçisi ilə əlbəyaxa oldu