Dünya futbolu
“Fənərbaxça” Jorje Jezusla anlaşdı
Türkiyənin “Fənərbaxça” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu Jorje Jezuşla anlaşıb.
“Fənər”in prezidenti Ali Koç Lissabona yollanaraq, 68 yaşlı mütəxəssislə görüşüb. Tərəflər arasında danışıqlar müsbət məcrada keçib və ilkin razılıq əldə olunub.
Portuqaliyalı mütəxəssisin məşqçi korpusu ilə birlikdə illik qazancı 6 milyon avro təşkil edəcək. O, yeni klubu ilə 2+1 illik müqavilə imzalayacaq.
Jezusun son klubu “Benfika” olub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”