Dünya futbolu
“Fənərbaxça” qələbə qazandı, “Trabzonspor” yenə xal itirdi
Futbol üzrə Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
Son turda “Kasımpaşa”ya məğlub olan “Fənərbaxça”, bu turda öz meydanında “Yeni Malatyaspor”la üz-üzə gəlib və çətin qələbəyə sevinib.
Altı qolun qeydə alındığı “Göztəpə” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib.
Çempionluq uğrunda mübarizə aparan, ötən tur liderliyi əldən verən “Trabzonspor” isə autsayder “Ankaragücü”nü sınağa çəkib. Qaradəniz təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib.
Türkiyə Super Liqası
29-cu tur
26 iyun
Beşiktaş – Konyaspor 3:0
Qol: B.Yılmaz, 40. Dyabi, 45+1. Lens, 52.
27 iyun
Fənərbaxça – Yeni Malatyaspor 3:2
Qol: Muriqi, 70. O.Tufan, 90+1; 90+6 – Ndayişimiye, 81. Donald, 89.
Göztəpə – Alanyaspor 3:3
Qol: S.Gürler, 11. A.Öztürk, 49. Napoleoni, 90 – E.Karaca, 4. Sisse, 45+2; 65.
Trabzonspor – Ankaragücü 1:1
Qol: Sorlot, 3 – Q.Rodriqes, 63-pen.
28 iyun
19:30 Rizəspor – Dənizlispor
19:30 Sivasspor – Kayserispor
22:00 Başakşəhər – Qalatasaray
22:00 Qaziantep – Antalyaspor
29 iyun
22:00 Gənclərbirliyi – Kasımpaşa