Dünya futbolu
“Fənərbaxça”dan ayrılan futbolçu BƏƏ klubunda
Bu gün Türkiyənin “Fənərbaxça” klubundan ayrılan çexiyalı müdafiəçi Filip Novakın yeni komandası müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu ilə müqavilə bağlayıb.
Lakin tərəflər arasındakı sözləşmənin müddəti və digər detalları açıqlanmayıb. O, yeni komandasında 57 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Novak 2020-ci ilin avqustundan “Fənərbaxça”da çıxış edirdi. O, İstanbul klubunda 51 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.