Milli komanda
“Fənərbaxça”nın baş məşqçisi Azərbaycan millisində?
“Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal Azərbaycan milli komandasını çalışdıra bilər.
Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb. Xəbərdə, Ərsun Yanalın Azərbaycan millisində baş məşqçi postuna namizədlərin arasında olduğu bildirilir.
Azərbaycan millisinin baş məşqçisi postuna adları məlum olan digər namizədlər isə Oleq Kononov, Canni de Byazi, Branko İvankoviç, Luici Di Byaco və Çezare Prandellidi.
2018-ci ilin dekabrından “Fənərbaxça”nı çalışdıran Yanalın müqaviləsi mövsümün sonuna qədərdi. 58 yaşlı mütəxəssis bundan əvvəl “Trabzonspor”, “Əskişəhərspor”, “Manisaspor” kimi klublarda və Türkiyə yığmasında çalışıb.
- Ölkə futbolu2024-03-01 15:01
AFFA-da Rövnəq Abdullayev dönəmi bitir – növbəti dəfə namizəd olmayacağını açıqladı!
- Ölkə futbolu2024-03-01 08:00
Monroz: “Mutunu saxlamaqla vaxt itirməyin mənası yox idi”
- Ölkə futbolu2024-03-01 13:00
“Qarabağ”ın 2 futbolçusu və məşqçisi UEFA tərəfindən cəzalandırıldı
- Ölkə futbolu2024-03-01 09:25
“Bayer” üçün “Qarabağ”ı keçmək asan olmayacaq”