Dünya futbolu
Fanatlar Prosineçkiyə görə yeni baş məşqçini mətbuat konfransından qovdu – VİDEO

Sloveniyanın “Olimpiya” (Lyublyana) klubunun azarkeşləri baş məşqçi Robert Prosineçkinin istefaya göndərilməsindən narazıdır.
Futbolinfo.az xəbər verir ki, “Olimpiya” azarkeşləri komandanın “sükanı arxasına” keçən Albert Rieranın təqdimatı üçün təşkil olunan mətbuat konfransına basqın ediblər.
Üzlərində maska olan fanatlar ispaniyalı mütəxəssisə hədə-qorxu gəliblər. Nəticədə, Riera konfrans zalını tərk edib.
Sloveniya mətbuatı Prosineçkinin klub rəhbərliyi ilə fikir ayrılığına və içki aludəçisi olduğuna görə qovulduğunu yazıb.
Prosinçeki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. “Qalatasaray”da köməkçi-məşqçi kimi çalışan Riera isə bir neçə gün öncə İstanbul təmsilçisindən ayrılmışdı.

- Ölkə futbolu2022-08-12 12:00
“Qarabağ” Bakı Olimpiya Stadionunda oynayacaq
- Ölkə futbolu2022-08-12 10:57
“Viktoriya” ilə oyunun biletləri sabah satışa çıxır
- Premyer-liqa2022-08-12 20:57
“Zirə” “Sabah”a uduzdu
- Ölkə futbolu2022-08-12 15:42
AFFA dövlət yardımı bəhanəsi ilə klublara adam yerləşdirir – “Qarabağ”la “Qəbələ” rədd etdi