Digər idman növləri
Favoritlər sensasiyaya imkan vermədilər
Kişi həndbolçuların Azərbaycan çempionatında 17 və 18-ci turların oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, çempionatın lideri “İdman Akademiyası” “AHF Arena”da baş tutan ilk matçda autsayderlərdən olan U-16-nı böyük fərqlə üstələyib – 33:18.
“Məhsul” RİOEUGİM-i 42:23, “Dinamo” isə “Bakı”nı 39:29 hesabı ilə məğlub edib.
18-ci turda da eyni cütlüklər üz-üzə gəlib, favoritlər sensasiyaya imkan verməyiblər. “İdman Akademiyası” 41:22, “Məhsul” 42:31, “Dinamo” isə 39:32 hesablı qələbəyə seviniblər.
Bu qarşılaşmalardan sonra turnir cədvəlinə 39 xalla “İdman Akademiyası” başçılıq edir. “Məhsul” 29 xalla ikinci, “Təhsil” 27 xalla üçüncüdür. 4-cü pillədəki “Dinamo”nun aktivində 24 xal var. RİOEUGİM-lə U-16-nın hərəyə 3 xalı var. “Bakı” 1 xalla autsayderdir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…