Ölkə futbolu
“Ferentsvaroş” yaxşı komandaya uduzdu” – Yuri Syomin
“Nəticəni gördüm. Yalnız onu deyə bilərəm ki, “Ferentsvaroş” yaxşı komandaya uduzdu”.
Futbolinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin keçmiş baş məşqçisi Yuri Syomin “Ferentsvaroş”un Macarıstanda “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduğu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu barədə TASS-a açıqlamasında deyib.
Rusiyalı mütəxəssis Azərbaycan çempionunun çox ciddi komanda olduğunu deyib:
“Daim avrokubokların qrup mərhələsində çıxış edir, böyük xal fərqiylə ölkə çempionatının qalibi olur. Ona görə də, burada gözlənilməz heç nə yoxdur”.
Yuri Syomin 2013/2014 mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi