Dünya futbolu
FİFA-dan Rusiyaya daha bir zərbə
FİFA DÇ-2018 üçün Rusiyaya ödənişləri dayandırıb.
Futbolinfo.az xəbər verir ki, bu haqda məlumatı Rusiya Futbol İttifaqının inkişaf üzrə direktoru Maksim Mitrofanov açıqlayıb.
O, Rusiyaya 70 milyon dolların ödənişinin dayandırıldığını bildirib:
“Biz FİFA-dan 100 milyon dollar almalıyıq. Ümumi vəsaitin 30 faizi ödənilib. FİFA-nın mövqeyi ödənişlərin dayandırılmasından ibarətdir. Lakin ödənişlər ləğv edilməyib”.
2018-ci ilin dünya çempionatı Rusiyanın 11 şəhərində keçirilmişdi.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək