Bizi izləyin

Premyer-liqa

“Final öncəsi “Qarabağ”a uduzmamaq önəmli idi” – Rəşad Sadıqov

blank
blank

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, qolsuz bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Azersun Arena”dakı matçlarımız uğurlu keçir. Futbolçularıma təşəkkür edirəm. Ağır qrafikdən çıxıblar. Bu gün də uduzmaq istəmirdilər. Kiçik epizodlarımız olsa da, yararlana bilmədik. Final öncəsi bu rəqibə uduzmamaq önəmli idi.

Rəqib komandanın yaxşı qol imkanları oldu. Bir epizodda top dirəkdən döndü, Anar Nəzirov da əla seyvlər etdi. Bizim üçün 1 xal yaxşı nəticədir. Ötən tur üstün oynasaq da, “Qəbələ”yə uduzduq. Bu gün məğlub olmamaq vacib idi.

Bütün fikrimiz çempionatdadır. Vacib oyunlar keçiririk. Finalda da mübarizəli oyun gözləyirik. Amma qarşımızdakı rəqib “Qarabağ”dır. Yenə deyirəm, hələlik final haqqında düşünmürəm. Sadəcə, bilirəm ki, maraqlı görüş olacaq. Vaxtımız var. “Qarabağ”ın yeganə üstünlüyü rotasiyalar edə bilməsidir. Finala daha rahat hazırlaşırlar. Biz isə bütün gücümüzlə mübarizə aparırıq”.

Sadıqov zədəlilərin durumuna da aydınlıq gətirib: “Mehdi Cənnətov 3 həftəlik sıradan çıxıb. Kuboka çatdırmaq istəyirik. Amma sual altındadır. Çempionatda oynaması isə çox çətin görünür. Bəlkə “Şamaxı”ya qarşı son tur oyununa çatar. Təmkin Xəlilzadə növbəti turda meydana çıxa bilər. Onun da durumu bəlli deyil. Filipe Paxtman son fərdi məşqlərini edir. Bundan sonra ümumi hazırlığa qoşulacaq. Futbolçu eyni zədəni təkrarlayanda psixoloji sarsıntı keçirir. Ona görə də tələsdirmək istəmirik. Yayda müqavilənin müddətini uzatmaq qərarına gəlsək, ondan yararlanacağıq”.

Baş məşqçi hələlik yeni transferlər barədə qətiyyən düşünmədiyini vurğulayıb: “Hətta futbolçu təklif olunanda belə, deyirəm ki, baxa bilmərəm. Əsas diqqət çempionatdadır. Konfrans Liqasına düşsək, oyunçuları izləyə bilərik. 4 və 5-ci pillələrdəki komandalarla xal fərqi elə də çox deyil. “Qəbələ” bizdən 1 oyun az keçirib. Üstəlik, “Neftçi” və “Şamaxı”ya qarşı vacib oyunlarımız var. Əvvəlcədən proqnoz vermək düzgün olmaz. Yəni, oyunçu axtarışında deyilik”.

Mütəxəssis rəhbərliklə büdcə barəsində danışmadığını əlavə edib: “Əvvəldən nəyisə deməyi xoşlamıram. Hər şey bəlli olduqdan sonra istiqamətimizi müəyyənləşdirəcəyik”.

Davit Volkovun son vaxtlar istənilən səviyyədə çıxış etməməsinə də toxunan Sadıqov onu çalışqan və intizamlı oyunçu adlandırıb: “Hərdən bu cür hallar baş verir. Çempionatın ən sərrast hücumçususansa, müdafiəçilər sənə qarşı daha diqqətli oynayırlar. Bu gün də belə bir şey sezilirdi. Artıq bilməlidir ki, ona əvvəlki gözlə baxmayacaqlar. Bundan sonrakı mərhələ Volkov üçün daha çətin olacaq. Daha soyuqqanlı və peşəkar olmalı, çox çalışmalıdır. Oyun planında problem yoxdur. Düşünürəm ki, növbəti turlarda da vacib qollara imza atacaq. Volkovla komandadakı gələcəyi barədə danışmamışıq. Qışda çoxlu təklifi var idi. O zaman danışdıq. Dedi ki, ən azı yayadək qalmaq istəyirəm. Bundan sonra söhbətimiz olmadı. Tələsmirik, hər şeyə vaxt olacaq”.

Sadıqovun sözlərinə görə, “Zirə”yə baş məşqçi təyin olunandan sonra komandasının ev oyunları daha çətin keçir: “Qarşıda iki ev matçımız var. Bu görüşlərdən maksimum nəticə ilə ayrılmaq istəyirik. Amma indi ev-səfər görüşlərində elə bir fərq olmur. Bəli, azarkeş sayı çox olsa, vəziyyət dəyişər. Amma hər komanda bir-biri ilə ən azı 4 dəfə qarşılaşır deyə, gələn kollektiv özünü evdəki kimi hiss edir”.

“Qarabağ” Rəşad Sadıqovun gedişindən sonra ilk çempionluğunu əldə edib. Gənc mütəxəssis bunu normal qarşıladığını söyləyib: “Komandada olanda hisslər fərqli olur. Amma indi emosiyalarım, bütün fikirlərim “Zirə” ilə bağlıdır. Həm də müəyyən xal fərqi yarandığı üçün “Qarabağ”ın çempionluğu o qədər də təəccüblü olmadı”.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Digər idman növləri2024-04-14 13:20

Millimiz finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 13:00

Daha 4 cüdoçumuz Avropa Kubokunda mübarizəyə qoşulacaq

blank
Digər idman növləri2024-04-14 12:43

Komandalar iştirakçı sayının aşağı salınmasını istəyir

blank
Digər idman növləri2024-04-14 12:29

Monte-Karloda liderlər uduzdu

blank
Dünya futbolu2024-04-14 12:11

“Beşiktaş”ın baş məşqçisi istefaya göndərildi

blank
Digər idman növləri2024-04-14 12:00

Millimizin üzvü finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 11:30

Abasov yenə heç-heçəyə razılaşdı

blank
Digər idman növləri2024-04-14 11:00

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 7 medal

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm