Dünya futbolu
“Fiorentina” onu 5.5 milyon avroya satdı

İtaliyanın “Fiorentina” klubu yarımmüdafiəçisi Yussef Malehi A Seriyasının digər təmsilçisi “Leççe”yə satıb.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı futbolçunu bu ilin əvvəlində icarəyə götürən “Leççe” onun transfer hüquqlarını da alıb.
A Seriyası təmsilçisi bunun üçün “Fiorentina”ya 5.5 milyon avro ödəyib.
Maleh yanvardan bəri oynadığı “Leççe”də 16 oyun keçirib. O, “Fiorentina”da da 45 oyun keçirib, 3 qola imza atıb.
Yeri gəlmişkən, “Fiorentina” müdafiəçisi Lorentso Venuti ilə də yollarını ayırmağa qərar verib. Müqaviləsinin müddəti bu mövsümün sonuna kimi olan 28 yaşlı italyanla yeni sözləşmə imzalanmayacaq. “Fiorentina”nın öz yetirməsi olan futbolçu doğma komandasında 99 oyun keçirib, 3 qol vurub.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat