Dünya futbolu
Firmino Səudiyyə Ərəbistanında oynaya bilər
Səudiyyə Ərəbistanı klubları karyerasının qürub çağında olan futbolçulara maraq göstərməkdə davam edir. Ərəblər indi də Roberto Firminonun izinə düşüb.
Futbolinfo.az xəbər verir ki, “Liverpul”la müqavilə müddətini uzatmaqdan boyun qaçıran və yayda klubu tərk etməyə qərar verən brazilyalı hücumçuya eyni vaxtda bu ölkənin bir neçə təmsilçisi dəvət göndərib. Avropada qalmağa, iddialı klublardan birinin formasını geyməyə çalışan Firmino, uyğun variant tapmayacağı halda ya Səudiyyə Ərəbistanına, ya da MLS-ə köçəcək.
Roberto 2015-ci ildən “Liverpul”da idi. Bura 4 il oynadığı “Hoffenhaym”dan gələn 31 yaşlı braziliyalı daha öncə vətənində çıxış edib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi