Dünya futbolu
Firminyo yeni müqavilə bağlayacaq

“Liverpul” Roberto Firminyo ilə yeni müqavilə bağlamağa hazırlaşır. Mersisaydlılar braziliyalının hələ də komandaya xeyir verəcək gücdə olduğundan əmindir.
Futbolinfo.az xəbər verir ki, tərəflər yeni anlaşma üçün ilkin razılıq əldə edib. Müqavilə daha bir il uzadılmasının mümkünlüyü şərti ilə 2025-ci ilin yayınadək nəzərdə tutulub.
“Liverpul”un 31 yaşlı hücumçusu barədə belə qərar verməsi “İnter”in ona müştəri düşməsindən sonra dəqiqləşdi. Milanlılar Firminyonu almaq üçün İngiltərə təmsilçisinə təklif göndərməyə hazırlaşırdı. Premyer Liqa klubu anlaşması yayda bitəcək hücumçu ilə yeni anlaşma bağlayınca transfer söhbətləri də bitmiş olacaq.

- Ölkə futbolu2023-03-29 09:00
İTV üçün siyahı – sabaha saxlamayın!
- Ölkə futbolu2023-03-30 09:00
AFFA vaxtı uzatdı, İK üzvləri özünü ifşa etdi: futbolu dərindən bilməyən də var, rusdilli olduğu üçün müzakirədən qaçan da
- Ölkə futbolu2023-03-29 16:39
Əcnəbilər üçün xərclənən milyonlara neçə akademiya tikmək olardı?
- Digər idman növləri2023-03-30 13:40
Triatlon Federasiyasında yeni prezident