“Liberty Global” şirkəti, “Warner Brosers Discovery”dən Formula E elektrik yarışları seriyasının səhmlərinin böyük hissəsini alıb. Sövdələşmə nəticəsində şirkət dünya çempionatının səhmlərinin 65%-nə sahib olub.

Formula E-nin baş direktoru Jeff Dodds: “İlk növbədə “Warner Bros.”a öz təşəkkürümü bildirmək istəyirəm. Onların son 9 il ərzində Formula E-yə göstərdikləri dəstək alqışalayıqdir. “Liberty Global” şirkəti biznes qurmaq və onu böyütmək üzrə böyük təcrübəyə malikdir.

Mən “Liberty”nin rəhbərliyindəki insanları şəxsən tanıyıram və on ildən artıq onlarla birlikdə işləmişəm. Buna görə də onların təcrübəsindən və resurslarından faydalanmağa davam etməkdən məmnunam. Bu sövdələşmə idmanımızın böyük potensiala sahib olduğuna güclü sübutdur”.

Xatırladaq ki, “Liberty Media” şirkəti də Formula 1-in sahibidir. Hər iki şirkət amerikalı milyarder Con Melouna məxsusdur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp