Dünya futbolu
Fransa klubu Mikautadzeni aldı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Fransanın “Metz” klubu Gürcüstan millisinin hücumçusu Jorc Mikautadzenin transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, Mikautadze ötən mövsümün ikinci yarısını icarə əsasında “Metz”də keçirib. O, müqavilə ilə “Ayaks”a məxsus idi.
Bu gün isə “Metz” 23 yaşlı hücumçunu birdəfəlik transfer edib. Bu barədə “Ayaks” məlumat yayıb.
Fransa klubunun Mikautadze üçün 13 milyon avro ödəyəcəyi bildirilir.
Xatırladaq ki, Mikautadze 2017-ci ildən “Metz”in futbolçusu idi. 2023-cü ilin yayında “Ayaks” onu 16 milyon avroya alıb, lakin 6 ay sonra forvardı 6 aylıq “Metz”ə icarəyə göndərib. Ümumilikdə, Mikautadze bu müddət ərzində 19 oyun keçirib, 12 qol vurub və 1 qol ötürməsi verib.
23 yaşlı hücumçu Gürcüstan millisinin heyətində AÇ-2024-də çıxış edib. Mikautadze 4 oyunda 3 qol vurub və 1 qolun ötürməsini edib.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-01 14:10
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Milli komanda2024-07-01 08:00
AFFA-ya üsyan: futbolçular milli komandanın düşərgəsinə gəlmək istəmir
- Ölkə futbolu2024-07-01 08:59
“Neftçi” daha üç futbolçu ilə razılaşdı, biri yola salındı
- Ölkə futbolu2024-06-30 21:00
“Qarabağ”dan ayrıldı, Türkiyə klubu ilə müqavilə bağladı