Dünya futbolu
Fransa klubundan Mərakeşə dəstək

“Nitsa” klubu Mərakeş xalqına dəstək olmaq üçün Fransa çempionatının 5-ci turunda PSJ ilə xüsusi köynəklə oynayacaqlarını açıqlayıb.
Futbolinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ağ köynəklərdə “Mərakeşə dəstək” loqosu əks olunacaq. Bu köynəklər sonradan hərracda satılacaq. Satışdan əldə edilən gəlir maddi ehtiyatlar, daimi və ya müvəqqəti mənzil almaq üçün zərərçəkmişlərə və həlak olanların ailələrinə veriləcək.
PSJ – “Nitsa” sentyabrın 15-də baş tutacaq.
Sentyabrın 9-da səhər saatlarında Mərakeşdə 7,2 bal gücündə zəlzələ baş verib. Nəticədə 600-dən çox insan həlak olub, 400-ə yaxın insan yaralanıb.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Premyer-liqa2023-12-02 20:28
Tovuzda məhsuldar heç-heçə