Dünya futbolu
Frattezi “Brayton”a keçir

Növbəti mövsüm avrokuboklarda çıxış edəcəyi dəqiqləşən “Brayton” heyəti gücləndirmək niyyətindədir. Bir sıra önəmli futbolçularını yayda satacağı gözlənilən İngiltərə klubu onları yenilərlə əvəzləyəcək.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi Davide Frattezidir. 22 yaşlı mərkəz yarımmüdafiəçisi üçün “Sassuolo”ya 22 milyon avro ödənilməsi planlaşdırılır. Futbolçuya bir neçə A Seriyası klubu müştəri düşsə də, o özü də İngiltərəyə yollanmaq istəyir.
“Sassuolo” ilə 3 illik müqaviləsi qalan Frattezi karyerası ərzində ilk dəfə İtaliya xaricinə çıxacaq. O, özünü sınamağa qərar verib və klubu transferə razılıq verəcəyi halda İngiltərəyə köçəcək. “Brayton” həm qitə yarışında uğurlu debüt etməyi, həm də növbəti mövsümdə iddiasını davam etdirməyi hədəfləyib.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”